Azərbaycanın Baş naziri İraqın xarici işlər naziri Hoşyar Zebarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Azərbaycanın Baş naziri Artur Rasizadə dekabrın 23-də İraqın xarici işlər naziri Hoşyar Zebarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Baş nazir A.Rasizadə Azərbaycanın İraqı dost ölkə hesab etdiyini, hələ sovetlər birliyi dövründə İraq konsulluğunun məhz Bakıda yerləşdiyini diqqətə çatdırdı. Rəsmi Bakının İraqdakı siyasi gündəmi daim izlədiyini deyən Baş nazir ölkənin yeni inkişaf yolunda Azərbaycanın hər cür köməyə hazır olduğunu da vurğuladı. Artur Rasizadə Hoşyar Zebarinin səfərinin ölkələrimizin inkişafına yeni təkan verəcəyinə əminliyini ifadə etdi.
Nazir Hoşyar Zebari İraq Prezidenti Cəlal Tələbaninin, Baş nazir Nuri əl-Malikinin salamlarını Azərbaycanın Baş nazirinə çatdırdı, səfərin əhəmiyyətini qeyd etdi. O, Azərbaycan ilə İraqın tarixi köklərə əsaslanan əlaqələrinin daha da genişləndirilməsinin zəruriliyini vurğuladı.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında