BMT-nin Baş katibi Dağlıq Qarabağda keçirilən "seçkiləri" qanunsuz adlandırmışdır

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyindən bildirmişlər ki, mayın 23-də Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilən "parlament seçkiləri" ilə bağlı ölkəmizin təşkilatdakı daimi nümayəndəliyinə BMT baş katibinin mövqeyini əks etdirən rəsmi məktub daxil olmuşdur.
Məktubda Azərbaycan tərəfi əmin edilmişdir ki, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində 2010-cu il mayın 23-də keçirilən "parlament seçkilərinə" BMT cəlb olunmamışdır. Həmçinin bu qeyri-qanuni "seçkilərin" heç bir qüvvəyə malik olmayan nəticələrinin BMT tərəfindən tanınmadığı vurğulanmış və Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkib hissəsi olduğu birmənalı şəkildə təsdiq edilmişdir.
Baş katib məktubunda ATƏT-in Minsk qrupu həmsədrlərinin təklifləri əsasında Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqları prosesində son zamanlar müşahidə olunan müsbət dinamikadan məmnun olduğunu, Ermənistan və Azərbaycanın bu imkandan istifadə edərək problemin nizamlanması prosesində irəliləyişə nail olacaqlarına ümid bəslədiyini qeyd etmişdir.

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında