RF XİN-in rəsmi nümayəndəsinin Dağlıq Qarabağda "parlament seçkiləri"nə dair şərhi

Moskva Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəkləyir, Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Rusiya XİN-in rəsmi nümayəndəsi Andrey Nesterenkonun RF Xarici Siyasət İdarəsinin saytında mayın 23-də yerləşdirilmiş Dağlıq Qarabağda "parlament seçkiləri"nə dair şərhində belə deyilir. Maraqlıdır ki, Rusiya Xarici Siyasət İdarəsinin rəsmi sənədində parlament seçkiləri söz birləşməsi dırnağa alınmışdır. Bu da heç kim tərəfindən tanınmayan qurumun bu aksiyasına Rusiya XİN-in münasibətini nümayiş etdirir.
Sənəddə deyilir: "Moskva Azərbaycanın ərazi bütövlüyü prinsipini, eləcə də beynəlxalq hüququn digər əsas norma və prinsiplərini dəstəkləyir. Məlumdur ki, biz Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq. Zənnimizcə, onun gələcək statusu zor tətbiq edilmədən, bütün tərəflərin Minsk prosesi çərçivəsində siyasi danışıqlar yolu ilə həll edilməlidir".
Nesterenko bildirmişdir: "Bununla belə Moskvada hesab etmirlər ki, münaqişənin sülh yolu ilə həlli Dağlıq Qarabağda seçkilərin keçirilməsindən asılıdır". Nesterenkonun fikrincə, Rusiya ATƏT-in Minsk qrupundakı digər həmsədr tərəfdaşları ilə (ABŞ , Fransa) sıx qarşılıqlı fəaliyyət şəraitində Qarabağ düyününün kompromis yolu ilə mümkün qədər tez açılması üçün azərbaycanlılara və ermənilərə bundan sonra da fəal kömək edəcəkdir.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında