Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan çox böyük inkişaf yolu keçmişdir

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan çox böyük inkişaf yolu keçmişdir. Qlobal maliyyə böhranından itkisiz çıxmaq böyük hünər tələb edir. Çin hökuməti Azərbaycanın əldə etdiyi bütün uğurları təqdir edir və alqışlayır.
Bu sözləri Bakıda səfərdə olan Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin xarici əlaqələr şöbəsi nazirinin müavini Çen Fensyan dekabrın 22-də Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi Əli Əhmədovla görüşdə söyləmişdir.
Əli Əhmədov bu yaxınlarda Çinə etdiyi səfəri məmnunluqla xatırlatmış, keçirdiyi görüşlərin, aparılan danışıqların əhəmiyyətini yüksək dəyərləndirmişdir.
YAP sədrinin müavini demişdir ki, Çin çox sürətlə inkişaf edir və bu dinamika xarici dövlətlər tərəfindən diqqətlə izlənilir. Xüsusilə də yeni texnologiyaların tətbiqi, iqtisadiyyatın modernləşməsi güclü marağa səbəb olmuşdur. Azərbaycan da sürətlə inkişaf edən ölkədir və dövlət müstəqilliyini bərpa etdikdən sonra mühüm uğurlara imza atmışdır. İqtisadiyyatın modernləşməsi istiqamətində tədbirlər davam etdirilir. Bu baxımdan hesab edirik ki, Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafına, təcrübə mübadiləsinə böyük ehtiyac vardır. Düşünürük ki, bizim hakim partiyalarımız - YAP və ÇKP arasında əlaqələrin inkişafı dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin daha da dərinləşməsinə və inkişafına xidmət edəcəkdir.
Çen Fensyan demişdir: "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda beynəlxalq konfransın yüksək səviyyədə təşkili Azərbaycanın sürətli inkişafının və modernləşməyə verdiyi əhəmiyyətin göstəricisidir. Xüsusilə qeyd etməliyəm ki, bu, YAP-ın təşkil etdiyi ilk belə tədbir deyildir. Hər dəfə də aktuallığı ilə seçilən yeni mövzuların müzakirəyə çıxarılması olduqca müsbət haldır və ÇKP bunu yüksək qiymətləndirir".
Bakıya bundan əvvəl də gəldiyini vurğulayan qonaq demişdir ki, hər səfərində böyük dəyişikliklərin şahid olur. O, paytaxt Bakının çox gözəlləşdiyini bildirmişdir.
Çinli qonaq YAP ilə ÇKP arasında əlaqələrin inkişafının dövlətlərimizin əməkdaşlığının daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət etdiyini xüsusi vurğulamışdır.
Sonra görüşdə qarşılıqlı səfərlər, parlamentlər və partiyalararası əlaqələrin inkişaf perspektivləri, siyasi və iqtisadi sahədə, xüsusən modernləşmə ilə bağlı təcrübə mübadiləsi barədə geniş fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında