Dağıstan Prezidenti Milli Məclisdə olmuşdur

Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov mayın 24-də Milli Məclisdə olmuşdur.
Parlamentin binası önündə ali qonağı Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılamışlar.
Dağıstan Prezidenti Milli Məclisin iclas zalına baxmış, deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişdir.
Sonra Oqtay Əsədov ilə Maqomedsalam Maqomedov arasında təkbətək görüş olmuşdur. Daha sonra görüş geniş tərkibdə davam etdirilmişdir.
Oqtay Əsədov Maqomedsalam Maqomedovu Dağıstan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik etmişdir. Milli Məclisin sədri demişdir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası Dağıstan Respublikası arasında münasibətlər bütün sahələrdə inkişaf edir. Xalqlarımız arasında çox qədim dostluq və qonşuluq münasibətləri vardır. Yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açır.
Milli Məclisin sədri münasibətlərimizin genişlənməsində və möhkəmlənməsində parlamentlərin rolunu xüsusi qeyd etmiş, deputatlarımızın qarşılıqlı səfərlərinin, qanunvericilik sahəsində əməkdaşlığın və təcrübə mübadiləsinin müsbət nəticələr verdiyini bildirmişdir.
Maqomedsalam Maqomedov səmimi sözlərə və təbrikə görə minnətdarlıq etmişdir.
Azərbaycan parlamentinin binasında aparılmış təmir-bərpa işlərini, yeni korpusun tikintisini yüksək qiymətləndirən qonaq demişdir ki, bu, həm də Azərbaycanın dinamik inkişafının bariz göstəricisidir.
Dağıstan Prezidenti də ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi vurğulamış və demişdir ki, deputatlarımızın dostluq münasibətləri həm siyasi, həm də ictimai baxımdan mühüm rol oynayır.
Maqomedsalam Maqomedov Dağıstanın Azərbaycan ilə əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu bildirmişdir.
Ali qonaq münasibətlərin daha da inkişaf etdirilməsində, möhkəmləndirilməsində, eləcə də qanun yaradıcılığı işində Milli Məclisin rəhbərliyinə və deputatlara uğurlar arzulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında