Rəşidə DATİ: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın göstərdiyi təşəbbüsləri və atdığı addımları dəstəkləyirəm

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın göstərdiyi təşəbbüsləri və atdığı addımları dəstəkləyirəm. Bu sözləri Azərbaycanda səfərdə olan Parisin 7-ci rayonunun meri, Avropa Parlamentinin Fransadan olan deputatı xanım Rəşidə Dati dekabrın 21-də Milli Məclisdə jurnalistlər üçün keçirdiyi mətbuat konfransında demişdir.
Bakıya "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün gəldiyini deyən Rəşidə Dati bildirmişdir ki, bir sıra ölkələr borclar problemi, maliyyə böhranı ilə qarşılaşdığı halda, Azərbaycan özünün dinamik inkişafını qoruyub saxlamışdır. Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır. Ölkəmizə ikinci dəfə səfər etdiyini deyən avropalı parlamentari bildirmişdir ki, bu səfər Azərbaycan ilə Avropa İttifaqı arasındakı mövcud tərəfdaşlığın daha da möhkəmləndirilməsində atılan əlavə addım olacaqdır.
Xanım Rəşidə Dati Fransa parlamentində müzakirəyə çıxarılacaq qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi ilə bağlı sualı cavablandırarkən bundan narahat olduğunu demişdir.
Qonaq qeyd etmişdir ki, hazırda Fransada bu məsələ ilə bağlı qızğın müzakirələr gedir. Bilirik ki, türk dostlarımız parlamentdə müzakirəyə çıxarılacaq bu qanun layihəsindən çox narahatdırlar. Əslində bu məsələ məni də narahat edir. Bu cür yaddaş və tarixlə bağlı hansısa məsələni qəbul etməyən insana qarşı cəzalandırma tədbirlərini əks etdirən qanun layihəsinin qəbulunun tərəfdarı deyiləm.
Rəşidə Dati bu qanun layihəsi ilə bağlı Fransa parlamentində böyük debatların olacağını demişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirən parlamentari ölkəmizin tutduğu mövqeyi dəstəklədiyini söyləmişdir.
ATƏT-in Minsk qrupu çalışır ki, münaqişə həllini tapsın. Müharibə olmuşdur və acı nəticələr göz qabağındadır. Bu müharibədə çoxlu insan həlak olmuşdur. Bir milyon qaçqın və məcburi köçkün vardır. Biz də istəyirik ki, münaqişə tezliklə həllini tapsın. Bu, çox mürəkkəb və çətin məsələdir. Mənim mövqeyimə gəldikdə, bu məsələdə Azərbaycanı dəstəkləyirəm. Azərbaycanın göstərdiyi təşəbbüslərə və atdığı addımlara öz dəstəyimi verirəm.
Bizim üçün vacibdir ki, Azərbaycan Avropada yalnız neft-qaz ehtiyatları ilə tanınmasın. "Azərbaycan böyük ölkədir və zəngin tarixi sivilizasiyası vardır",- deyən natiq bildirmişdir ki, ölkəmizdə keçirilən beynəlxalq toplantılar və Azərbaycanın Fransada təşkil etdiyi tədbirlər bunun bariz göstəricisidir.  
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında