Azərbaycan Çexiya ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir

Dekabrın 21-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Çexiya Parlamentinin Nümayəndələr Palatasının sədr müavini Lyubomir Zauralenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, E.Məmmədyarov Azərbaycanın Çexiya ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini qeyd etmişdir.
Görüşdə Çexiya-Avropa İttifaqı (Aİ) münasibətləri, Azərbaycanın regional əhəmiyyəti və Aİ-nin enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolu barədə müzakirələr aparılmışdır.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ilə bağlı fikir mübadiləsi aparmışlar.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında