Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin B Ə Y A N A T I

Azərbaycan Respublikası öz beynəlxalq tərəfdaşlarının 2010-cu il mayın 23-də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində keçirilmiş "parlament seçkiləri"nin davam etməkdə olan sülh prosesinə mənfi təsir edəcəyi ilə bağlı narahatlığını bölüşür.
Ermənistan Respublikası tərəfindən onun anneksiya siyasətini və Azərbaycan ərazilərinin işğalını ört-basdır etmək üçün növbəti cəhdi tam və qaçılmaz uğursuzluqla nəticələndi. Ermənistan tərəfi öz əməlləri ilə heç kəsi yox, yalnız öz ictimaiyyətini aldadır. Avropa Parlamentinin Avropa İttifaqının Cənubi Qafqaz üçün Strategiyasına ehtiyac ilə bağlı yenicə qəbul etdiyi məruzədə də qeyd edildiyi kimi, beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətdən yaxşı xəbərdardır.
Azərbaycan Respublikası Ermənistan tərəfinin yeritməyə çalışdığı "fait accompli" əsasında həlli heç zaman qəbul etməyəcəkdir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının Azərbaycanın daxilində demokratiya və çiçəklənmənin faydalarından tam və bərabər şəkildə yararlanaraq, dinc yanaşı yaşayışı əsasında həll oluna bilər.
Azərbaycan bir daha Ermənistan tərəfini öz destruktiv siyasətini dayandırmağa və dəyərli vaxtını israf etmək əvəzinə münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə söykənən tez və davamlı həllini tapmaq məqsədilə xoş məramla danışıqlar aparmaga çağırır.

{nl}

Bakı şəhəri, 24 may 2010-cu il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında