Bernar Fasye: Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanması vacibdir

ATƏT-in Minsk qrupu ən mürəkkəb münaqişələrdən biri olan Dağlıq Qarabağ probleminin həlli istiqamətindən fəaliyyətini davam etdirir. 2007-ci ilin sonlarında təqdim olunan baza prinsiplərinin ardınca bu prinsiplərin yenilənmiş variantı təklif edilib.
O vaxtdan bu prinsiplər ətrafında çoxlu diskussiyalar aparılıb. Təəssüf ki, Rusiya Prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın dövlət başçısı Serj Sarkisyan arasında Kazanda baş tutan görüşdə də ümidlər özünü doğrultmadı. Dekabrın 19-da Fransanın Azərbaycandakı səfirliyində keçirdiyi mətbuat konfransında bu fikirləri bir daha səsləndirən ATƏT-in Minsk Qrupunun elə həmin ölkədən olan keçmiş həmsədri Bernar Fasye bildirdi ki, bu cür münaqişələri nizamlamaq çox mürəkkəb işdir və danışıqlar prosesində iştirak edən tərəflərdən bütün aspektlər üzrə razılıq almaq çox çətindir. Amma hər halda tərəqqi əldə olunacağına hələ də inam var.
Bernar Fasye qeyd etdi ki, vəzifəsini icra etdiyi 7 il ərzində müəyyən müsbət məqamlar da nəzərə çarpıb. Belə ki, 7 il bundan əvvələdək beynəlxalq birliyin üzvlərindən heç kim Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş Azərbaycan ərazilərinə baş çəkə bilmirdi. Amma indi bu mümkündür və indiyə kimi iki belə missiya həyata keçirilib. Son ilyarım ərzində həmsədrlər qoşunların təmas xəttini beş dəfə qarşı tərəfə keçiblər. O, təmas xəttində itkilərin baş verməsindən təəssüfləndiyini də söylədi.
Fasye dedi ki, problemin danışıqlar yolu ilə həllində iki müsbət məqam var. Birincisi, vasitəçilərin səyləri nəticəsində diskussiyaları davam etdirmək mümkün olub və müharibə baş verməyib. İkincisi, artıq ortada nizamlama layihəsini hazırlamaq üçün yazılı formada çərçivə prinsipləri var. Ancaq müəyyən müsbət məqamlara və irəliləyişlərə baxmayaraq diplomat belə hesab edir ki, vaxt keçdikcə münaqişənin danaşıqlar yolu ilə həlli daha da çətinləşir. Yaxın Şərqdə 60 ildən artıq davam edən qarşıdurmanı misal göstərən fransalı keçmiş həmsədr dedi: "Ümidvaram ki, həmkarlarım irəliləyişlərə nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzərində işi davam etdirəcəklər. Vaxt gedir və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması getdikcə mürəkkəbləşir".
Dağlıq Qarabağ ətrafında baş verən müharibə nəticəsində və atəşkəs dövründə xeyli insan itkisi olduğunu bildirən diplomat sülhə hazırlığın xeyli zaman ala biləcəyi qənaətinə gəldiyini dedi. Bu mənada sülhün yaranmasında medianın rolunu xüsusi qeyd etdi. O, dini liderlər arasında görüş keçirilməsi ideyasını da dəstəklədiyini bildirdi: "Bu, sülh iqliminin formalaşmasına kömək edər. Sülhə aparan bütün vasitələrdən, bütün kanallardan istifadə etmək lazımdır".
Bernar Fasye onu da əlavə etdi ki, münaqişənin nizamlanması istiqamətində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün davam etdirilməsi əhəmiyyətlidir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin Vilnüs bəyanatında prezidentlərin növbəti görüşünün planlaşdırıldığı əks olunub. Ehtimal ki, növbəti görüş gələn ilin əvvəllərində baş tuta bilər.
Həmsədr qismində Azərbaycana sonuncu dəfə səfər etdiyini deyən Fasye, ölkəmizi çox sevdiyini, bundan sonra Azərbaycana ya turist, ya da Azərbaycanın dostu kimi gələcəyəni bildirdi. Bernar Fasye dünən Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etdiyini, xarici işlər naziri Elmar Məmmədyarov və Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşdüyünü də bildirdi. Azərbaycan Prezidenti İlham Əliyevin onu qəbul etdiyini deyən B. Fasye görüşdə Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar prosesində fəal işinə görə ölkə rəhbərimizin ona təşəkkür etdiyini və gələcək fəaliyyətində uğurlar arzuladığını qeyd etdi. B. Fasye fəaliyyətinə verdiyi yüksək qiymətə görə, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdar olduğunu da bildirdi.

{nl}

Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında