"Vaşinqton Post" qəzeti ABŞ səfiri Mətyu Brayzənin namizədliyini təsdiqləməyən Senat Komitəsini tənqid etmişdir

"Vaşiqton Post" qəzetinin redaktoru Fred Hayat ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzəni vəzifəsinə təsdiqləməyən ABŞ Senatı Komitəsinin mövqeyini tənqid etmişdir. O, yazısında bildirmişdir ki, Prezident Obamanın təyinatı olan peşəkar diplomat, Senat Komitəsi tərəfindən namizədliyi səsverməyə çıxarılmadığına görə, geri dönməlidir. Vaşinqtonun siyasi həyatında bu, kiçik bir hadisə olsa da, ABŞ milli maraqlarının xüsusi maraq qruplarının qurbanına çevrilməsini aydın nümayiş etdirən misaldır. 
Məqalədə qeyd olunur ki, Brayzəyə qarşı kampaniyanın məğzi onun namizədliyinin Amerikanın Erməni Milli Komitəsi və erməni mənşəli seçici dairələrini təmsil edən Senator Barbara Bokserə və Senator Robert Menendezə yaramamasıdır. Diplomatın öz işində səmərəliliyini heç nəzərə almayan bu dairələrin qarşı arqumentləri isə bundan ibarətdir ki, Mətyu Brayzə Menendezə görə, ABŞ tərəfindən "erməni soyqırımı"nın tanınmasını istəmir, Bokserə görə, Azərbaycanın Ermənistana qarşı təcavüzünü kifayət qədər pisləmir, Erməni Milli Komitəsinə görə isə, həyat yoldaşı türk mənşəlidir. "Vaşinqton Post" bildirir ki, bu şübhələr başqaları tərəfindən qəbul edilmir. Əksinə, 36 xarici siyasət xadimi, o cümlədən dövlət katibinin sabiq müavinləri Tomas Pikerinq və Nikolas Börns ötən həftə məktub yazaraq Brayzənin strateji uzaqgörənlik, etimad, liderlik kimi qabiliyyətə malik nümunəvi səfir adlandırmışlar. Peşəkar diplomatın namizədliyinin təsdiqlənməməsi mühüm bölgədə ABŞ-ın maraqlarına ziyan vuracaqdır.
"Vaşinqton Post" onu da qeyd edir ki, Mətyu Brayzə ABŞ səfiri kimi Azərbaycanda hakimiyyətlə vətəndaş cəmiyyəti arasında dialoqun qurulması, Ermənistanla münasibətlərin yaxşılaşdırılmasını dəstəkləyir. İndi isə erməni lobbisi və 100 nəfər senatordan ikisinin səyi nəticəsində onun namizədliyinə qoyulan vetonu görən Azərbaycan növbəti səfirin neytrallığına çətin etibar edə.
Fred Hayat hesab edir ki, bunların hamısında uduzan isə amerikalılar və ya azərbaycanlılar deyil, kasıb, təcrid olunmuş və yenə də nüfuz oyunlarının qurbanına çevrilən ermənilər olacaqlar.

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında