Azərbaycanda siyasi fəaliyyətinə görə heç kəs həbs edilməmişdir

Amerika Birləşmiş Ştatlarına (ABŞ) görə bir nəfərin hüquqlarının pozulması faciədir, insan hüquqlarının kütləvi pozulması isə statistikadır. 
Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycanı insan hüquqlarının pozulduğu ölkələr sırasında göstərməsinə münasibət bildirərkən demişdir.
Ə.Əhmədov demişdir ki, ABŞ insan hüquqlarını bəhanə edərək bəzi dövlətlərin daxili işlərinə qarışır. ABŞ-ın özündə çoxsaylı insan hüquqlarının pozulması faktları hamıya məlumdur.
Azərbaycan Prezidenti dəfələrlə əfv fərmanları və amnistiya aktları imzalayaraq əsl humanizm nümayiş etdirmişdir. Bu isə onun insan hüquqlarına necə hörmətlə yanaşmasının bariz göstəricisidir. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində doğma torpaqlarından qovulan minlərlə azərbaycanlının hüquqları kobudcasına pozulmuşdur. ABŞ rəsmiləri isə hələ də bu və digər faktlara münasibət bildirməmişlər.
YAP icra katibi demişdir ki, H.Klintonun Azərbaycanda siyasi məhbusların mövcudluğu haqqında fikirləri də qərəzlidir və həqiqəti əks etdirmir. Azərbaycanda siyasi fəaliyyətinə və fikirlərinə görə heç kəs həbs edilməmişdir. Azərbaycan Konstitusiyası ilə siyasi partiyaların və ictimai təşkilatların fəaliyyəti üçün geniş imkanlar yaradılmışdır. Ümumilikdə götürdükdə isə siyasi məhbus anlayışının tam izahı da yoxdur. Ona görə də hesab edirik ki, Azərbaycana qarşı bu cür iddialar tam əsassızdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında