Milli Məclisin sədri Oqtay Əsədov: Azərbaycan Macarıstanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir

Budapeştdə səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov dekabrın 9-da Macarıstan Prezidenti Pal Şmittlə görüşmüşdür. Macarıstan dövlətinin başçısı Milli Məclisin nümayəndə heyətini səmimi salamlayaraq ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulamışdır.
Söhbətdə Pal Şmitt Azərbaycana səfərini məmnunluqla xatırlayaraq ölkəmizdə keçirdiyi görüşləri və aparılan danışıqları münasibətlərimizin daha da dərinləşməsi baxımından əhəmiyyətli olduğunu bildirmişdir. O, Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyətinin Macarıstana səfərini əlaqələrimizin intensiv xarakter almasının göstəricisi kimi dəyərləndirmişdir.
Görüşdə Azərbaycanın müstəqillik illərində - qısa zamanda böyük uğurlar əldə etdiyini vurğulayan Macarıstan Prezidenti gələcəkdə olimpiya oyunlarının ölkəmizdə keçirilməsini dəstəklədiyini vurğulamışdır. Avropa İttifaqının qonşu dövlətlərlə əlaqələrindən söz açan Pal Şmitt Türkiyənin quruma üzv olmasına tərəfdar olduğunu söyləmişdir.
Milli Məclisin sədri parlament nümayəndə heyətinin Macarıstana səfərini yüksək qiymətləndirərək bu cür səfərlərin təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, müstəqil Azərbaycan Macarıstan ilə həyatın müxtəlif sahələrində əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Avropa strukturlarına inteqrasiya ölkənin xarici siyasətinin prioritet istiqamətlərindəndir.
Söhbətdə parlamentlərarası əlaqələrin inkişafı, siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılmışdır.
Həmin gün nümayəndə heyətimiz Macarıstan-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşmüşdür. Görüşdə parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, deputatların beynəlxalq qurumlarda fəaliyyəti barədə fikir mübadiləsi aparılmışdır.
Səfər zamanı ölkəmizin Macarıstandakı səfirliyində ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir. Burada tanınmış pianoçu, əməkdar artist Murad Hüseynovun ifasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş Azərbaycan və macar bəstəkarlarının əsərlərindən ibarət parçalar səsləndirilmişdir.
Tədbirdə Milli Məclisin sədri Oqtay Əsədov, Macarıstan parlamentinin vitse-spikeri Zoltan Vaslo, ölkənin milli iqtisadiyyat nazirinin birinci müavini, Macarıstan-Azərbaycan hökumətlərarası birgə iqtisadi komissiyasının həmsədri xanım Roza Nac, hər iki ölkə parlamentlərinin deputatları, Budapeştdə akkreditə olunan diplomatik korpusun nümayəndələri, macar ictimaiyyətinin və Azərbaycan diasporunun təmsilçiləri iştirak etmişlər.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında