Azərbaycanlı deputatın hazırladığı məruzədə Ermənistanın ekologiyamıza vurduğu zərərlər ifşa edilmişdir

Parisdə Avropa Şurasının qərargahında Parlament Assambleyasına daxil olan ayrı-ayrı komitələrin bir-birinin ardınca iclasları keçirilir, 2012-ci ilin yanvar ayında baş tutacaq qış sessiyasının gündəliyinə daxil ediləcək bir sıra məruzələrin mətnləri və qətnamə layihələri səsverməyə qoyularaq qəbul edilir.
Eyni zamanda, Avropa Şurasının Nazirlər Komitəsi bu günlərdə Daimi Komitənin Böyük Britaniyanın Edinburq şəhərində keçirilmiş yığıncağında dinlənilərək yekun mətnləri və qətnamələri artıq qəbul edilmiş məruzələrlə bağlı tövsiyələrini hazırlayır.
Həmin tövsiyələr məruzələrin qətnamələrindəki müddəaları üzv ölkələrdə tətbiqi ilə bağlı məqamları əks etdirir. Noyabrın 25-də Daimi Komitənin iclasında yekdilliklə qəbul edilmiş məruzələrdən birinin müəllifi isə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynovdur. "Hərbi münaqişələr və ətraf mühit" adlanan bu məruzə müasir dövrdə son dərəcə aktual əhəmiyyət kəsb edən mövzuya həsr edilmişdir.
Azərbaycanlı deputat tərəfindən həmin məruzənin AŞPA-nın Ekologiya, Kənd Təsərrüfatı, Yerli və Regional Komitəsinin xətti ilə hazırlanması bir ildən artıq vaxt aparmış, məruzə mətninin müxtəlif mərhələlərdə müzakirələri keçirilmişdi. Məruzəsində Ermənistanın Azərbaycana qarşı apardığı ekosid siyasəti, təcavüzkar dövlətin ölkəmizin və digər qonşu dövlətlərin ətraf mühitinə vurduğu sağalmaz yaralar faktların dili ilə ətraflı şəkildə ifşa edilir.
Məruzənin Daimi Komitəyə qədərki müxtəlif müzakirələrində ermənistanlı deputatlar bu hissələrin mətndən çıxarılmasına ciddi cəhdlər etsələr də, nəticə etibarı ilə heç nəyə nail olmamışlar. Məruzənin mətni və qətnaməsi Daimi Komitədə təsdiqlənmiş və artıq Avropa Şurası Nazirlər Komitəsi də R. Hüseynovun qəbul edilmiş "Hərbi münaqişələr və ətraf mühit" məruzəsi haqqında müsbət rəyi və müddəalarının tətbiqi ilə əlaqədar mövqeyini açıqlamışdır.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Paris

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında