Azərbaycan Parlamentinin nümayəndə heyəti Macarıstanda səfərdədir

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeşt şəhərində səfərdədir.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, dekabrın 8-də nümayəndə heyəti Macarıstan Milli Assambleyasında olmuş, ölkə parlamentinin fəaliyyəti ilə yaxından maraqlanmışdır.
Milli Məclisin sədri Oqtay Əsədovun Macarıstan Milli Assambleyasının sədri Laszlo Köver ilə əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüşü olmuşdur. Görüşdə parlamentlərarası əlaqələrin bu günü və inkişaf perspektivləri, dövlətlərarası münasibətlərin inkişafında qanunverici orqanların rolu və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Sonra hər iki sədr mətbuat nümayəndələrinə görüşün nəticələri barədə açıqlama vermişlər.
Milli Məclisin sədri parlamentin xatirə kitabına öz ürək sözlərini yazmışdır.
Milli Məclisin nümayəndə heyəti Macarıstan Milli Assambleyasının qədim binası ilə tanış olmuş, ölkə parlamentinin tarixi ilə maraqlanmışdır.
Həmin gün nümayəndə heyəti Budapeşt şəhərinin meri və ölkənin Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi xanım Roza Nac ilə görüşmüşdür.
Bu görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında söhbətlər aparılmışdır.
Səfər çərçivəsində keçirilən görüşlərdə Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, deputatlardan Xanhüseyn Kazımlı, Cavanşir Feyziyev və parlament Aparatının rəhbəri Səfa Mirzəyev iştirak edirdilər.
Parlament nümayəndə heyətinin Macarıstana səfəri davam edir.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında