ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış etmişlər

Martın 30-da ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratke (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlyakov (Rusiya) birgə bəyanat yaymışlar.
ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda bildirilir ki, həmsədrlər martın 26-dan 29-dək Yerevan və Dağlıq Qarabağda səfərdə olmuşlar. Martın 27-də Dağlıq Qarabağın de-fakto rəhbərliyi (Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərliyi) danışıqların hazırkı vəziyyəti barədə məlumatlandırılmış, martın 28-də isə həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına xidmət edən Baza Prinsiplərinə Ermənistan tərəfinin şərhlərini müzakirə etmək məqsədilə Yerevanda prezident Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyan ilə görüşmüşlər.
Ermənistanda olduqları müddətdə həmsədrlər ayrı-ayrılıqda bır sıra ikitərəfli görüşlər keçirmişlər. Bəyanatın yekununda həmsədrlər münaqişə tərəfləri ilə onlar arasında Paris və regionda keçirilmiş son görüşlərdən sonra tərəflərin münaqişənin Madrid Prinsipləri çərçivəsində sülh yolu ilə nizamlanmasına hazır olduğunu məmnunluqla qeyd etmişlər.

{nl}

Elgün NİFTƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Vyana

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında