Azərbaycanın xarici işlər naziri Vilnüsdə bır sıra ikitərəfli görüşlər keçirmişdir

ATƏT-in Nazirlər Şurasının Litvanın paytaxtı Vilnüsdə keçirilən 18-ci iclasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir sıra ikitərəfli görüşlər keçirmişdir. 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, E.Məmmədyarovun Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort ilə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi barədə fikir mübadiləsi aparılmışdır. Danışıqların Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə yenilənmiş Madrid prinsipləri üzrə davam etdirilməsinin vacibliyinin qeyd olunduğu görüşdə azərbaycanlı nazir münaqişənin sülh yolu ilə həlli üçün Hərtərəfli Sülh Sazişi üzərində işə başlanmasının əhəmiyyətini bir daha vurğulamışdır.
E.Məmmədyarov israilli həmkarı Aviqdor Liberman ilə də görüşmüşdür. İsrailli nazir Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbriklərini çatdırmışdır. Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, eləcə də enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlıq, Cənubi Qafqaz və Yaxın Şərq regionlarında baş verən proseslər ətrafında fikir mübadiləsi aparılmışdır.
Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya ilə görüşündə Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə ətraflı məlumat vermişdir. Finlandiyalı nazir Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə azərbaycanlı həmkarını təbrik etmişdir. Görüşdə, həmçinin Azərbaycan ilə Finlandiya arasındakı ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə edilmişdir.
Elmar Məmmədyarov Kipr Respublikasının xarici işlər naziri xanım Erato Kazaku-Markulis ilə də görüşmüşdür. Kiprli nazir Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ilə bağlı təbriklərini çatdırmışdır. Kipr Respublikasının 2012-ci ilin ikinci yarısından etibarən Avropa İttifaqına sədrlik edəcəyi nəzərə alınaraq görüşdə Azərbaycan-Aİ əlaqələrinin perspektivləri əsas müzakirə mövzusu olmuşdur.
Nazir Elmar Məmmədyarovun ABŞ dövlət katibinin müavini Filip Qordon ilə görüşündə isə Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinin, strateji əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında