ABŞ-ın dövlət katibi Hillari KLİNTON: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yalnız danışıqlar yolu ilə nail olmaq mümkündür"

Fransanın Avropa məsələləri üzrə naziri Jan Leonetti: "Azərbaycan və Ermənistan yaranmış şansdan istifadə etməli və yenilənmiş Madrid prinsiplərini dəstəkləməlidir".
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yalnız danışıqlar yolu ilə nail olmaq mümkündür. Bu, regionda etimad mühiti və stabilliyin bərqərar olmasına kömək edər. Həmsədr ölkələrin prezidentlərinin Dovil bəyanatında da bu fikir öz əksini tapmışdı". APA-nın məlumatına görə, bu fikirləri ABŞ-ın dövlət katibi Hillari Klinton ATƏT Xarici İşlər Nazirləri Şurasının Vilnüsdə keçirilən 18-ci toplantısında çıxışı zamanı deyib.
Digər həmsədr ölkənin - Rusiyanın xarici işlər naziri Sergey Lavrov da çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunub. Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidentinin iştirakı ilə keçirilən görüşlərini yada salan Sergey Lavrov həmsədr ölkələrin prezidentlərinin Dovil bəyanatını da xatırladıb: "Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə sadiqdir. Vasitəçilərin səylərinə baxmayaraq 2011-ci ildə münaqişənin nizamlanmasına dair tərəqqiyə nail olunmayıb. Bununla belə əldə olunan nəticələr 2012-ci ildə danışıqlar prosesinin dinamikasını artırmağa imkan verməlidir". Bu fikirləri isə toplantıda çıxış edən Fransanın Avropa məsələləri üzrə naziri Jan Leonetti bildirib: "Artıq qərar qəbul etmək vaxtıdır və biz istəyirik ki, tərəflər bu şansdan istifadə etsin və yenilənmiş Madrid prinsiplərini dəstəkləsinlər".

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında