Fransa Senatında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı "dəyirmi masa" keçiriləcək

1994-cü ildə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki ölkə arasında atəşkəs barədə razılıq əldə edilmişdir. Münaqişə dövründə bir milyondan artıq azərbaycanlı erməni hərbi birləşmələrinin silahlı hücumları nəticəsində doğma torpaqlarından çıxarılaraq qaçqın və məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdur. 
Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq münaqişənin dinc yolla həlli ilə bağlı Azərbaycan tərəfinin konstruktiv danışıqlar aparmaq cəhdlərinə Ermənistan rəsmiləri qeyri-obyektiv yanaşmış, müəyyən bəhanələrlə danışıqlardan boyun qaçırmışlar.
Münaqişəni sülh yolu ilə həll etmək məqsədi ilə yaradılmış ATƏT-in Minsk qrupunun uzunmüddətli fəaliyyəti də nəticəsiz qalmışdır. ABŞ-dan, Fransadan və Rusiyadan olan həmsədrlərinin münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində cəhdləri də uğursuz olmuşdur. Dondurulmuş münaqişənin həlli dalana dirənmişdir. Bunun sonu olacaqmı?
Dekabrın 8-də Fransa Senatında "Ermənistan ilə Azərbaycan arasında münaqişə, unudulmuş münaqişə" və "ATƏT-in Minsk qrupunun fransalı həmsədri" mövzularında təşkil olunacaq "dəyirmi masada" bu məsələlər ilə bağlı müzakirələr aparılacaqdır.
Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək "dəyirmi masada" hər iki ölkənin deputatları, tanınmış siyasətçilər, tarixçilər iştirak edəcəklər.
"Dəyirmi masa" çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən fotosərgi təşkil olunacaq, Qarabağ musiqiçilərinin ifasında muğamlar səslənəcəkdir.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında