ABŞ Helsinki Komissiyası gələn həftə Dağlıq Qarabağ və digər həll olunmamış münaqişələrlə bağlı xüsusi dinləmələr keçirəcək

APA-nın Vaşinqton müxbirinə Konqresdən bildirmişlər ki, "Qafqazda münaqişələr: həll perspektivləri" mövzusunda dinləmələr dekabrın 7-də keçiriləcək. Dinləmələrdə tanınmış ABŞ analitikləri, rəsmi şəxslər, senatorlar, həmçinin Karnegi Beynəlxalq Sülh Fondunun nümayəndəsi Tomas de Vaal, Brukinqz İnstitutunun baş elmi işçisi Fiona Hill və Amerika Xarici Siyasət Şurasının əməkdaşı Ueyn Merri (Wayne Merry) iştirak edəcəklər. 
Tədbirdə münaqişələrin hazırkı vəziyyəti, onların həllinə hansı faktorların mane olduğu, hərbi əməliyyatların bərpasının ciddi təhdid olub-olmadığı, danışıqlar formatının dəyişməsinin daha yaxşı nəticələrə səbəb olub-olmayacağı, ABŞ-ın münaqişələrin həllinə kömək imkanları araşdırılacaq.
Təşkilatçılar qeyd etmişlər ki, Sovet İttifaqının dağılmasından 20 il sonra Qafqazda həll olunmamış münaqişələr ən əsas problemlərdən biri olaraq qalır. ATƏT-in Dağlıq Qarabağla bağlı uzunmüddətli vasitəçiliyinə baxmayaraq, nəticələr məyusedicidir".
Helsinki Komissiyasında hesab edirlər ki, 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən və Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyandan sonra bu münaqişələrin həlli perspektivləri həmişəkindən daha uzaq görünür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında