Qırğızıstanın yeni seçilmiş prezidentinin andiçmə mərasimi olmuşdur

Mərasimdə Azərbaycanın Baş naziri Artur Rasizadə iştirak etmişdir
Dekabrın 1-də Toktoqul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında bu ölkənin yeni seçilmiş Prezidenti Almazbek Atambayevin andiçmə mərasimi keçirilmişdir.
Mərasimdə Azərbaycanın Baş naziri Artur Rasizadə iştirak etmişdir.
Türkiyə və Gürcüstan Prezidentləri Abdullah Gül və Mixeil Saakaşvilinin, Qazaxıstanın və Tacikistanın Baş nazirləri Kərim Məsimov və Akil Akilovun, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinin, Belarusun, Türkmənistanın və bir sıra digər dövlətlərin yüksək vəzifəli nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri tədbirdə Qırğızıstan Prezidenti Roza Otunbayeva yeni seçilmiş dövlət başçısı Almazbek Atambayevi təbrik etmiş, ona fəaliyyətində uğurlar arzulamışdır.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tuyqunalı Abraimov Almazbek Atambayevin Qırğızıstan Prezidenti seçilməsi haqqında MSK-nın qərarını oxumuş, dövlət başçısını təbrik etmişdir. MSK-nın sədri demişdir ki, Almazbek Atambayev oktyabrın 30-da keçirilən prezident seçkilərində seçicilərin 62,52 faizinin səsini qazanmışdır.
Sonra o, Prezident vəsiqəsi, döş nişanı və ştandartı dövlət başçısına təqdim etmişdir.
Yeni dövlət başçısı Almazbek Atambayev çıxış edərək, ona etimad göstərdiklərinə görə Qırğızıstanda yaşayan xalqlara minnətdarlığını bildirmişdir. Prezident demişdir ki, bu gündən Qırğızıstanın yeni tarixi başlayır, xalqımız sabitlik və birliyi seçmişdir.
Almazbek Atambayev demişdir: "Allah və xalq qarşısında and içirəm ki, dövlət başçısı kimi mənim üzərimə düşən vəzifələri ədalətlə yerinə yetirəcəyəm. Mən hər bir insanın və vətəndaşın hüquqlarını müdafiə edəcək, demokratik prinsipləri, xalqın birliyi və təhlükəsizliyini qoruyacağam".
Sonra Prezident Ağ Evin qarşısına gəlmiş, Ali Baş Komandan kimi Milli Qvardiyanın hərbi paradını qəbul etmişdir.
Bununla da Qırğızıstan Prezidentinin andiçmə mərasimi başa çatmış, dövlət başçısı rəsmi olaraq vəzifəsinin icrasına başlamışdır.
Almazbek Atambayev 1980-ci ildə Moskva İdarəetmə İnstitutunu bitirmiş, Qırğızıstanda müxtəlif vəzifələrdə işləmiş, iki dəfə Baş nazir olmuşdur.

{nl}

Qulu KƏNGƏRLİ, AzərTAc-ın xüsusi müxbiri
Bişkek

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında