Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi Xocalı hadisələri ilə əlaqədar Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyi tərəfindən bu təşkilatın baş katibinə ünvanlanmış məktuba cavab məktubunun mətnini yaymışdır.
{nl}
Cavab məktubunda Ermənistan silahlı qüvvələri tərəfindən dinc sakinlərə amansızcasına divan tutulması xatırladılır, bu dəhşətli faciənin şahidi olmuş xarici ölkələrin KİV nümayəndələrinin, eləcə də həmin faciədə iştirak etmiş erməni hərbi qulluqçularının və ziyalıların nümayəndələrinin söylədikləri fikirlər verilmişdir. AzərTAc Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin məktubunun tam mətnini təqdim edir.
{nl}
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsinin baş katibə ünvanlanmış 10 mart 2010-cu il tarixli məktubu
{nl}
Sizin diqqətinizi Ermənistanın BMT yanında daimi nümayəndəsinin A/64/680-S/2010/102 nömrəli sənəddə yer almış məktubuna cəlb etmək istərdim. Mənim 2010-cu il 8 fevral tarixli məktubuma (A/64/658-S/2010/78) cavab olması iddia edilən bu məktub Xocalı şəhərinin azərbaycanlı sakinlərinə qanlı divan tutulmasının on səkkizinci ildönümü ilə əlaqədar sizin adınıza ünvanlanmışdır. Bu məktub bir daha göstərir ki, Ermənistan tərəfi Azərbaycana qarşı təcavüzün gedişində törədilmiş ağır cinayətlərə görə məsuliyyətdən yaxa qurtarmaq üçün məkrli və hiddətləndirici saxtalaşdırmalara əl atır.
{nl}
Ermənistan tərəfi belə bir faktı nəzərə almır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinlərinin qəddarlıqla qətlə yetirilməsinə görə onun məsuliyyəti çoxsaylı müstəqil mənbələr və faciənin şahidləri tərəfindən, habelə Ermənistanın yüksək vəzifəli şəxslərinin çıxışlarında və açıq mənbələrdə etiraf edilmiş və sənədlərlə təsdiqlənmişdir.
{nl}
Məsələn, Ermənistan Respublikasının daimi nümayəndəsi Xocalı sakinlərinin qırılmasına görə məsuliyyəti mübahisəsiz etiraf etmiş (Thomas de Wall, Black Garden, Armenia and Azerbaijan through Peace and War (New York and London: New York University Press, 2003), p. 172) onun ölkəsinin o vaxtkı müdafiə naziri, indiki prezident Serj Sarkisyanın sözlərini, habelə erməni əsgərlərinin Xocalı sakinlərini necə qətlə yetirməsi barədə ətraflı məlumat vermiş daha bir erməni müəllifin açıq etiraflarından (Markar Melkonian, My Brother ‘s Road. An American ‘s Fateful Journey to Armenia (London and New York: I.V. Tauris, 2005), pp. 213-214) da yan keçmişdir.
{nl}
Ermənistan Respublikasının daimi nümayəndəsi Xocalıda baş vermiş hadisələrin şərhində siyasi motivləri üstün tutan əsassız bəyanatlara istinad edir. Həmin bəyanatlardan belə çıxır ki, guya "yerli mülki əhalinin hərbi əməliyyat zonasından təxliyə olunmasına azərbaycanlılar özləri maneçilik törətmiş" və "bu cür genişmiqyaslı mülki itkilərdən" daxili siyasi məqsədlər naminə istifadə etmək istəyən "azərbaycanlı könüllülər şəhəri tərk etməyə çalışanları güllələmişlər". Təsadüfi deyildir ki, bu cür dəhşətli ittihamlar Ermənistan tərəfin təqdim etməyə çalışdığı vəziyyətə diametral əks vəziyyəti təsdiq edən sübutlar qarşısında dərhal oyuncaq ev kimi dağılır.
{nl}
Erməni təbliğatı öz həyasız ittihamlarını təsdiqləmək üçün hər hansı vasitə tapmaq cəhdlərində ən iyrənc üsullardan istifadə etməkdən belə çəkinmir. Məsələn, Ermənistan Respublikasının daimi nümayəndəsi "Helsinki Uotç" təşkilatının 1992-ci ildə dərc edilmiş məruzəsinin məzmunundan sui-istifadə edərkən, görünür, unutmuşdur ki, bu qeyri-hökumət hüquq müdafiə təşkilatı Ermənistan tərəfinin həmin təşkilatın mövqeyini kobud şəkildə təhrif etməsinə rəsmi münasibət bildirmişdir. "Hyuman Rayts Uotç/Helsinki" hüquq müdafiə təşkilatının icraçı direktoru tərəfindən Ermənistanın xarici işlər nazirinə ünvanlanmış, mətni aşağıda verilən 1997-ci il 24 mart tarixli məktubunu şərh etməyə ehtiyac yoxdur. Həmin məktubda deyilir:
{nl}
"Mən "Hyuman Rayts Uotç/Helsinki" (keçmiş "Helsinki Uotç") hüquq müdafiə təşkilatının icraçı direktoru kimi, Dağlıq Qarabağdakı Xocalı şəhərinin dinc azərbaycanlı sakinlərinə 1992-ci ildə tutulmuş qanlı divan barədə Xarici İşlər Nazirliyinin 3 mart tarixli bəyanatına münasibət bildirmək istəyirəm. Nazirlik öz bəyanatında iddia edir ki, dinc sakinlərin qətlə yetirilməsinə görə Azərbaycan Xalq Cəbhəsi məsuliyyət daşıyır. Bu halda sabiq prezident Ayaz Mütəllibovun müsahibəsinə, habelə ağlasığmaz da olsa bizim təşkilatın 1992-ci ildə dərc olunmuş məruzəsinə istinad edilir.
{nl}
Nazirliyin bəyanatında deyilir: "...Azərbaycan Xalq Cəbhəsinin könüllü döyüşçüləri yerli mülki əhalinin Qarabağ erməniləri tərəfindən məxsusi olaraq mülki əhalinin oradan getməsi üçün açıq saxladıqları dağ aşırımlarından keçməklə hərbi əməliyyat zonasından təxliyə edilməsinə fəal əngəl törətmiş və əslində buna mane olmuşdur. Bu məsələ ilə əlaqədar Helsinki Uotç qeyri-hökumət təşkilatının 1992-ci ilin sentyabrında dərc olunmuş məruzəsində bir azərbaycanlı qadının sözləri sitat gətirilir. Həmin qadın bildirmişdir ki, ermənilər azərbaycanlı mülki əhaliyə ağ bayraq qaldıraraq şəhəri tərk etmələrini təklif etmişlər. Əslində isə azərbaycanlı könüllülər şəhəri tərk etməyə çalışanları güllələmişlər".
{nl}
Bizim məruzədə həqiqətən deyilirdi ki, Xocalı sakinlərinin çoxuna qarşıdakı hərbi əməliyyat barədə əvvəlcədən xəbərdarlıq edilmişdi, çünki erməni qoşunları Xocalıdakı könüllülərin o vaxtkı rəhbəri Əlif Hacıyevə ultimatum vermiş, o da öz növbəsində mülki əhalini xəbərdar etmişdi. Bizim tədqiqatlar, habelə insan hüquqlarının müdafiəsi üzrə Memorial mərkəzin araşdırmaları göstərir ki, könüllülər mülki əhalinin Xocalıdan qaçan ayrı-ayrı iri qrupları ilə birlikdə geri çəkilmişlər. Bizim məruzədə qeyd edilirdi ki, azərbaycanlı silahlı könüllülərin əynində forma vardı və buna görə də onlar kombatant hesab edilə bilər. Buna görə hətta özləri dinc sakinləri müdafiə etmək niyyətində olsalar belə, onları təhlükəyə məruz qoyurdular.
{nl}
Bununla belə, biz mülki əhalinin həlak olmasına görə birbaşa məsuliyyəti Qarabağdakı erməni qoşunlarının üzərinə qoyuruq. Bundan əlavə, istər bizim məruzədə, istərsə də Memorial mərkəzin məruzəsində azərbaycanlı qüvvələrin Azərbaycan sakinlərinin qaçmasına mane olduqlarını və ya onları güllələdiklərini təsdiqləyən hər hansı sübut yoxdur (kursiv bizimdir).
{nl}
Biz hökumət və qeyri-hökumət təşkilatlarının bizim məruzələrdən istifadə etməsini alqışlayırıq. Bununla bərabər, ümid edirik ki, bizim 1992-ci il üçün məruzənin məzmunu bundan sonra təhrif olunmuş şəkildə şərh edilməyəcəkdir". (Hüquq müdafiə təşkilatının icraçı direktorunun məktubunun tam mətni həmin təşkilatın veb-saytında yerləşdirilmişdir:
{nl}
http://www.hrw.org/en/news/1997/03/23/response-armenian-government-letter-town-khojaly-nagorno-karabakh) http://www.hrw.org/en/news/1997/03/23/response-armenian-government-letter-town-khojaly-nagorno-karabakh)
{nl}
Başqa sözlə, "Hyuman Rayts Uotç" hüquq müdafiə təşkilatı birmənalı şəkildə bəyan etmişdir ki, erməni silahlıları Xocalıda dinc sakinlərin qətlə yetirilməsinə görə birbaşa məsuliyyət daşıyırlar. Təşkilat ümid etdiyini bildirmişdir ki, onun məruzəsi bundan sonra təhrif olunmuş şəkildə şərh edilməyəcəkdir. Lakin erməni təbliğatı əvvəlki kimi təkzib edilmiş arqumentlərdən istifadə etməkdə və cəzasızlıq təsəvvürü yaymaqda israrlıdır.
{nl}
Bundan əlavə, Ermənistan Respublikasının daimi nümayəndəsinin məktubu bir daha göstərir ki, erməni tərəfi Ermənistanla Azərbaycan arasında münaqişənin indiki mərhələsinin başlanmasına gətirib çıxarmış hadisələrin xronologiyasına münasibətdə "unutqanlıq" nümayiş etdirir. Məsələn, erməni tərəfi belə bir faktın üstündən sükutla keçir ki, Azərbaycanın bəzi şəhərlərində, o cümlədən 1988-ci il fevralın 26-28-də Sumqayıtda baş vermiş hadisələrdən əvvəl Dağlıq Qarabağın Azərbaycandan birtərəfli şəkildə ayrılmasına nail olmaq məqsədilə bir sıra hüquqazidd bəyanatlar və qərarlar qəbul edilmiş, 1987-ci ilin axırlarında Xankəndidə (sovet dövründə bu şəhər Stepanakert adlanırdı) və Ermənistanda azərbaycanlılara hücumlar edilmiş, nəticədə xeyli azərbaycanlı qaçqına və daxili köçkünə çevrilmiş və bu şəxslər başqa yerlərlə yanaşı, Sumqayıta üz tutmuşdu. Onu da xatırlatmaq zəruridir ki, Sumqayıtda iğtişaşlar ərəfəsində, yəni 1988-ci il fevralın 22-də Xankəndi-Ağdam avtomobil yolu üzərindəki Əsgəran yaşayış məntəqəsi yaxınlığında ermənilər dinc nümayiş keçirən azərbaycanlılara atəş açmış, nəticədə iki nəfər azərbaycanlı gənc həlak olmuşdur.
{nl}
Sumqayıtda baş vermiş hadisələri ermənilərə qarşı "talan" və ya onlara "qanlı divan tutulması" kimi qələmə verməyə çalışan erməni təbliğatı, eyni zamanda, həmin hadisələrin həqiqi səbəblərinin üzə çıxarılması üçün böyük əhəmiyyət kəsb edən bir sıra halları ümumiyyətlə yada salmamağı üstün tutur. Belə ki, 1988-ci il fevralın 26-28-də Sumqayıtda 26 nəfər erməni və azərbaycanlı sakin qətlə yetirilmişdir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, həmin hadisələrdə aparıcı simalardan biri milliyyətcə erməni olan Sumqayıt sakini, ermənilərə qarşı qətllər və zorakılıq aktları törədilməsində bilavasitə iştirak etmiş Eduard Qriqoryan olmuşdur. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Kollegiyasının 1989-cu il 22 dekabr tarixli qərarı ilə Qriqoryan 12 il həbs cəzasına məhkum edilmişdir. Məhkəmə Qriqoryanı Sumqayıtda iğtişaşların təşkilatçılarından biri hesab etmişdir. Şahidlərin və zərərçəkənlərin ifadələrində göstərilir ki, Qriqoryanın əlində ermənilərin yaşadığı mənzillərin siyahısı olmuş və o, üç nəfər başqa erməni ilə birlikdə ermənilərdən qisas almağa çağırmış və bu işdə şəxsən iştirak etmişdir. Qriqoryanın əməllərinin qurbanları (onlar hamısı ermənilərdir) onu Sumqayıtdakı zorakılığın təşkilatçılarından və fəal iştirakçılarından biri adlandırmışlar.
{nl}
Ermənistan Respublikasının daimi nümayəndəsinin sözlərinə görə, "Azərbaycan öz müstəqilliyini elan edəndən dərhal sonra ittiham olunmuş qatilləri azad etmiş və kütləvi informasiya vasitələrində onları açıq-aşkar milli qəhrəmanlar kimi alqışlamışdır".
{nl}
Ermənistan tərəfi bu cür məsuliyyətsiz və əsassız ittihamlar irəli sürməkdənsə, onu yada salmalı idi ki, Ermənistanın hüquq mühafizə orqanları 1987-1989-cu illərdə azərbaycanlı əhalinin Ermənistandan zorla deportasiya edilməsi zamanı 216 nəfər azərbaycanlının qəddarcasına öldürülməsində təqsirkar olan şəxslərə qarşı heç bir cinayət işi qaldırmamışlar.
{nl}
Sumqayıtda və Azərbaycanın bəzi başqa şəhərlərində baş vermiş, erməni təbliğatına genişmiqyaslı antiazərbaycan kampaniyasına başlamaq və sonradan Azərbaycana qarşı təcavüzə bəraət qazandırmaq üçün bəhanə kimi lazım olan hadisələr əslində əvvəlcədən planlaşdırılmış və hazırlanmışdır. Qeyd etmək lazımdır ki, Sumqayıtda iğtişaşlar başlanandan bir neçə gün əvvəl erməni ailələrindən bir neçəsi şəhəri tələsik tərk etmişdir. Sonradan məlum olmuşdur ki, həmin ailələrin başçıları Azərbaycana qarşı müharibə başlanmasına görə ciddi məsuliyyət daşımalı olan təşkilatla - "Krunk" komitəsi ilə sıx əlaqədə imiş. İğtişaşların başlanması haqqında bütün dünyada sürətlə yayılmış yeganə film hadisələrin başlanmasından 24 saat əvvəl Ermənistandan Sumqayıta məxsusi bu məqsədlə gəlmiş peşəkar briqada tərəfindən çəkilmişdir.
{nl}
Bundan əlavə, kənardan ciddi dəstək olmadan Sumqayıt hadisələrini idarə etmək çətin olardı. "Tayms" qəzeti yazırdı ki, DTK rəhbərliyi Kremlin nüfuzunu və hakimiyyətini zəiflətməyə çalışır, bu məqsədlə Sovet İttifaqının müxtəlif şəhərlərində, o cümlədən Sumqayıtda və Bakıda yerli əhalinin narazılığından dəlil kimi istifadə etməklə provokasiyalar təşkil edirdi. (Vladimir Kryuchkov. Hardline Soviet Communist who became head of the KGB and led a failed plot to overthrow Mikhail Gorbachev, Times Online, 30 November 2007, available at; http: //www.timesonline.co.uk/ tol/comment/obituaries/article 2970324.ece).
{nl}
Dağlıq Qarabağın və ona bitişik Azərbaycan rayonlarının işğal edilməsi və həmin ərazilərdə etnik təmizləmələr Ermənistan Respublikası tərəfindən onun beynəlxalq hüquq üzrə öhdəliklərinin hiddətləndirici dərəcədə pozulması demək olduğu beynəlxalq səviyyədə etiraf edildiyinə baxmayaraq, erməni təbliğatı Azərbaycana qarşı təcavüzü əvvəlki kimi yenə də Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etmək hüququnu həyata keçirmək barədə dinc tələbi kimi qələmə verir.
{nl}
Azərbaycan Respublikasının hökuməti dəfələrlə bəyan etmişdir və mən bunu bir daha bəyan etməyə müvəkkil olunmuşam ki, Ermənistanın təyini-müqəddərat prinsipinin tətbiq edilməsi barədə iddiaları beynəlxalq hüquqa ziddir. Bu, beynəlxalq hüququn əsas normalarının, o cümlədən ən ağır beynəlxalq cinayətlərə aid olan, habelə güc tətbiq olunmasını qadağan edən normaların pozulmasının nəticələrini qəbul etməyə bərabər olardı.
{nl}
Bu məktubun Baş Məclisin gündəliyinin 14-cü və 18-ci bəndləri üzrə sənəd və Təhlükəsizlik Şurasının sənədi kimi yayılmasına görə minnətdar olaram.
{nl}
Aqşin MEHDİYEV, səfir, daimi nümayəndə
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.