II Qaregin: "Qarabağ münaqişəsinin dinc yolla həllinin alternativi yoxdur"

"Qarabağ münaqişəsinin dinc yolla həllinin alternativi yoxdur. Münaqişə beynəlxalq hüququn prinsipləri çərçivəsində, sülh yolu ilə həll olunmalıdır".
APA-nın "Armenia today" xəbər portalına istinadən verdiyi məlumata görə, bu sözləri MDB Dinlərarası Şurasının Rəyasət Heyətinin Ermənistanda keçirilən iclasındakı çıxışında bütün ermənilərin katalikosu II Qaregin demişdir. O bildirmişdir ki, Ermənistan və Dağlıq Qarabağ erməniləri öz qonşuları ilə sülh və əməkdaşlığa hazır olduqlarını dəfələrlə vurğulayıblar: "Türkiyə ilə əlaqələrin normallaşdırılması cəhdi də bunu sübut edir. Lakin bu cəhd Ankaranın inkar siyasəti üzündən uğursuz nəticələndi".
II Qaregin Ermənistan, Azərbaycan və Rusiya dini liderləri arasında üçtərəfli görüşün planlaşdırılmasından məmnun olduğunu söyləyərək, bu görüşün Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək və effektiv dialoqun inkişafına xidmət edəcəyini qeyd etmişdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında