Berlində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü keçiriləcək

Noyabrın 28-də Almaniyanın Berlin şəhərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının nümayəndələri arasında görüş keçiriləcək.
Bu barədə "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov məlumat vermişdir.
B. Səfərovun sözlərinə görə, görüş tərəflərin təşəbbüsü əsasında həyata keçiriləcək.
İcma rəhbəri görüşdə icma üzvlərindən Fərhad Bədəlbəyli, Kamal Abdulla, Rövşən Rzayev, Anar Usubov və Ramiq Məhərrəmovun iştirak edəcəklərini bildirmişdir. APA-nın məlumatına görə, "Dağlıq Qarabağ - dialoq forumu. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında fikir mübadiləsi" mövzusunda keçiriləcək konfransda millət vəkili Rasim Musabəyov da iştirak edəcək. R. Musabəyov konfrans iştirakçılarına bölgədəki vəziyyət, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycana vurduğu ziyanın təsirləri barədə məlumat verəcək.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında