Avropa Dağlıq Qarabağ münaqişəsinin həllində daha ciddi addımlar atmalıdır

Mayın 20-də Strasburqda Avropa Parlamentinin növbəti geniş iclası keçirilmişdir.
Tədbirdə Avropanın Cənubi Qafqaz regionu ilə bağlı siyasəti və region ölkələri ilə əlaqələri müzakirə olunmuşdur.
Bolqarıstandan olan parlament üzvü Yevgeni Kirillov məruzə ilə çıxış edərək AB-nin Azərbaycan, Ermənistan və Gürcüstanla "Şərq tərəfdaşlığı" proqramı və Avropa Qonşuluq Siyasəti proqramı çərçivəsində əməkdaşlıq, təhlükəsizlik və münaqişələrin dinc yolla həlli, eləcə də iqtisadi və sosial inkişaf məsələləri haqqında danışmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunan Yevgeni Kirillov bildirmişdir ki, Avropa münaqişənin həllində daha ciddi addımlar atmalıdır.
Məruzəçi, həmçinin region ölkələrinin Avropaya inteqrasiyası və bu istiqamətdə aparılan işlərlə bağlı da öz münasibətini bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında