Naxçıvan MR Ali Məclisində görüş

Azərbaycan Respublikası Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov İran İslam Respublikası İslam Şurası Məclisinin Qərbi Azərbaycan Vilayətindən seçilmiş deputatı, Məclisin sosial məsələlər üzrə komissiyasının sədri Süleyman Cəfərzadənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Ali Məclisin sədri İran parlamenti deputatlarının səfərini ölkələrimiz arasında dostluğun və mehriban qonşuluğun ifadəsi kimi dəyərləndirmiş, Naxçıvan Muxtar Respublikasının idarəetmə quruluşu barədə məlumat vermişdir.
Qeyd olunmuşdur ki, Azərbaycanı İranla coğrafi yaxınlıq, o cümlədən dini, mədəni və soykök telləri birləşdirir. Bu baxımdan müstəqil Azərbaycan dövlətinin xarici siyasətində İran mühüm yer tutur. İran ilə Azərbaycan arasında əlaqələrin əsası ümummilli lider Heydər Əliyevin Naxçıvanda yaşayıb siyasi fəaliyyət göstərdiyi dövrlərdə qoyulmuşdur. Qarşılıqlı əlaqələr bu gün də davam etdirilir. Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında beynəlxalq statuslu iki gömrük-keçid məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrin xidmətindən hər gün 2000-2500 nəfər istifadə edir. Gələcəkdə gömrük məntəqələrinin fəaliyyətini daha da gücləndirmək üçün qarşılıqlı iş planları hazırlanmışdır. Dövlətlərimizin başçılarının səyləri sayəsində ölkələrimiz, həmçinin onların yaxın bölgələri arasında əlaqələr bundan sonra da inkişaf edəcək, daha da genişlənəcəkdir.
Süleyman Cəfərzadə demişdir ki, İran-Azərbaycan əlaqələri dövlət başçılarının müəyyənləşdirdiyi prinsiplər əsasında uğurla davam edir. Bu əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələr xüsusi çəkiyə malikdir. Azərbaycan Milli Məclisinin parlament heyətinin bu ilin fevralında İran İslam Respublikasına rəsmi səfəri ölkələrimizin münasibətlərində yeni mərhələ açmışdır. Süleyman Cəfərzadə İslam Şurası Məclisi haqqında məlumat vermiş, Naxçıvana 3 dəfə gəldiyini, hər səfərində böyük quruculuq işlərinin şahidi olduğunu bildirmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmiş, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın bölgələri arasında potensial imkanlardan səmərəli istifadə edilməsinin hər iki ölkənin mənafeyinə uyğun olduğu vurğulanmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında