Azərbaycan torpaqlarının işğaldan azad olunması bölgəyə daimi sülh gətirəcəkdir

Azərbaycan torpaqlarının işğaldan azad olunması bölgəyə daimi sülh gətirəcəkdir. Bu fikri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İstanbulda keçirilən Avropa-Aralıq dənizi Parlament Assambleyasının toplantısında səsləndirmişdir.
Türkiyə xarici siyasət idarəsinin başçısı bildirmişdir ki, rəsmi Ankara Ermənistanla normallaşma prosesinin də gələcəkdə həyata keçəcəyinə inanır. Bu siyasətdə heç bir dəyişiklik yoxdur. Amma buna paralel olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycanın işğal edilmiş torpaqları ilə bağlı problemin nizama salınması bölgədə sülhün bərqərar olunması baxımından böyük bir imkan yaradacaqdır.
Əhməd Davudoğlu İranla imzalanmış sazişdən də bəhs etmişdir. Onun sözlərinə görə, bu sənəd beynəlxalq ictimaiyyətin mənafelərinə uyğundur və Tehranın son 30 ildə atdığı ən mühüm addımdır. Türkiyə İranın nüvə proqramına dair Qərbdə yaranmış şübhə və narahatlığı anlayır və etimad atmosferinin yaranması üçün səylərini davam etdirəcəkdir.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında