Azərbaycanın Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qəbul etdiyi qətnaməni alqışlayır

Azərbaycanın Xarici İşlər Nazirliyi 2010-cu il mayın 20-də Avropa Parlamenti tərəfindən bu qurumun Bolqarıstandan olan üzvü Yevgeni Kirilovun məruzəsi əsasında "Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələb" adlı qətnamənin qəbul edilməsini alqışlayır.
Avropa İttifaqının Avropa Qonşuluq siyasəti və "Şərq tərəfdaşlığı" kimi təşəbbüslərini dəstəkləyərək Avropa Parlamenti Cənubi Qafqaz ölkələrinin Avropaya inteqrasiyasını sürətləndirmək və Cənubi Qafqazı davamlı sülh, sabit və çiçəklənən regiona çevirmək istiqamətində Avropa İttifaqını daha fəal rol oynamağa çağırmışdır.
Bu vacib qətnamə haqlı olaraq regionda həll edilməmiş münaqişələri iqtisadi və sosial inkişafa, Cənubi Qafqaz ölkələrində "Şərq tərəfdaşlığı"nın reallaşmasına maneə kimi qiymətləndirir və regionda sabitlik üçün münaqişələrin dinc yolla həllini zəruri hesab edir. Parlament Avropa İttifaqı tərəfindən Cənubi Qafqaz ölkələrinə münasibətdə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmətlə istinad edərək, habelə "Şərq tərəfdaşlığı"nın məqsədlərindən biri - tərəfdaş ölkələrin dövlətçiliyinin və ərazi bütövlüyünün möhkəmləndirilməsinə real dəstək verilməsinin olduğunu xatırladır. Bundan əlavə, region ölkələrinin suverenliyi və ərazi bütövlüyünə hörmətə münasibətdə hər hansı bir şərtin irəli sürülməsini yolverilməz hesab edir.
Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və onun ağır nəticələrinə dair Avropa Parlamentinin aydın və vahid mövqeyini müsbət dəyərləndirir. Beləliklə, qarşıdan gələn aylar ərzində münaqişənin həlli cəhdlərinin sürətləndirilməsinə, beynəlxalq səviyyədə əsası olmayan və zor gücünə yaradılmış status-kvonun qorunub saxlanılmasından imtina etməyə çağıraraq, Avropa Parlamenti bütün işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistanın silahlı qüvvələrinin çıxarılmasını tələb edir.
Həmçinin Avropa parlamentariləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı və ya münaqişə ilə əlaqədar evlərini tərk edərək yüz minlərlə qaçqın və məcburi köçkünün didərgin qalmaları faktı və onların geri qayıtmaq haqları da daxil olmaqla, hüquqlarının inkar olunması ilə əlaqədar öz ciddi narahatlıqlarını bildirirlər. Avropalı deputatlar bu hüquqların birmənalı və qeyd-şərtsiz tanınmasına çağıraraq, onların təcili reallaşdırılmasını xüsusi qeyd edirlər.
Dağlıq Qarabağ bölgəsində təşkil olunacaq "parlament seçkilərini" nəzərə alaraq, Azərbaycanın Xarici İşlər Nazirliyi məmnuniyyətlə bildirir ki, Avropa İttifaqının separatçı ərazilərdə keçirilən seçkilərin təşkilini qeyri-konstitusion və qeyri-qanuni hesab etməsi ilə bağlı mövqeyi Avropa Parlamentinin bu qətnaməsində təsdiqlənir və məcburi köçkünlərin siyasi hüquqları müdafiə edilir.
Erməni tərəfinin bu qətnamənin qəbul edilməsinin qarşısının alınması ilə bağlı ümidsiz cəhdlərinə baxmayaraq, həmin sənəd Avropa Parlamentinin əsas siyasi qrupları tərəfindən güclü dəstək almışdır.
Azərbaycanın Xarici İşlər Nazirliyi inanır ki, Avropa Parlamentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu aydın mövqeyi və vaxtında atdığı addım Ermənistana münaqişənin həllinin uzadılmasına yönəlmiş siyasəti dayandırmağa və nəticədə, qətnamədə əks olunmuş prinsiplər əsasında, danışıqlarda konstruktiv mövqe tutmağa siqnaldır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında