Naxçıvan ilə Türkiyənin bölgələri arasında bütün sahələrdə əlaqələr inkişaf edir

Noyabrın 21-də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Türkiyənin muxtar respublikada yeni təyin olunmuş baş konsulu Cenk Ünal ilə görüşmüşdür.
Baş konsul C.Ünalı təbrik edən Ali Məclisin sədri vurğulamışdır ki, Azərbaycan və Türkiyə bir millətin iki dövlətidir. Qardaş ölkələrimiz arasında bütün sahələrdə mövcud olan yüksək əlaqələr tarixi zəmin üzərində inkişaf etməklə, bütövlükdə, regionun inkişaf perspektivlərinin müəyyənləşdirilməsində mühüm rola malikdir. Bu əlaqələrin inkişafında Naxçıvanın da özünəməxsus yeri və rolu vardır. Hazırda muxtar respublika ilə Türkiyənin yaxın bölgələri arasında bütün sahələrdə qarşılıqlı əlaqələr mövcuddur. Bu əlaqələr yüksələn xətlə inkişaf edir.
Vasif Talıbov Türkiyənin baş konsulunun qardaş ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafı naminə səylə çalışacağına əminliyini bildirmiş, ona fəaliyyətində uğurlar arzulamışdır.
Səmimi görüşə görə minnətdarlığını bildirən baş konsul demişdir ki, möhkəm təməllər üzərində qurulan Azərbaycan-Türkiyə münasibətlərində inam və etibar, qarşılıqlı dəstək, siyasi, iqtisadi və mədəni əlaqələr, möhkəm strateji tərəfdaşlıq böyük məmnunluq doğurur. Dünya mədəniyyətinin beşiyi olan Naxçıvanda çalışmağın onda böyük iftixar hissi doğurduğunu qeyd edən C.Ünal fəaliyyəti dövründə ölkələrimiz arasında bütün sahələr üzrə mövcud əlaqələrin daha da genişləndirilməsi naminə səy göstərəcəyini vurğulamışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında