Əli HƏSƏNOV: "Mənim düşüncəmə görə, həm YAP, həm də Azərbaycan seçicilərinin digər bəzi təşəbbüs qrupları 2013-cü il prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürəcəklər"

"Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri kimi mənim düşüncəmə görə, 2013-cü il prezident seçkilərində həm YAP, həm də Azərbaycan seçicilərinin digər bəzi təşəbbüs qrupları cənab İlham Əliyevin namizədliyini irəli sürəcəklər.
Məncə, o da bu təşəbbüslərə müsbət yanaşaraq, namizədliyinin irəli sürülməsinə razılıq verəcək". Bunu APA-ya müsahibəsində Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov demişdir.
O, 2013-cü ildə keçiriləcək prezident seçkilərinin nəticələri barədə konkret proqnoz vermək istəmədiyini bildirmişdir: "Əlbəttə, siyasi gedişat göstərəcək ki, kim nəyə qadirdir. Mən buna indidən proqnoz vermək istəmirəm. Amma Azərbaycan cəmiyyətinin hələ bundan sonra da İlham Əliyevə, onun idarəçiliyinə ehtiyacı olduğunu düşünürəm. Azərbaycanın bugünkü durumu - siyasi, iqtisadi, sosial vəziyyəti belə proqnozlaşdırmağa əsas verir ki, onun namizədliyi yenidən dəstəklənəcək".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında