ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupunun 10 üzvü Prezident Barak Obamaya Azərbaycan-ABŞ münasibətlərinin əhəmiyyətini əks etdirən məktub göndərmişdir

Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyinin gördüyü iş nəticəsində martın 26-da ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupunun 10 üzvünün imzası ilə Prezident Barak Obamaya Azərbaycan-ABŞ münasibətlərinin əhəmiyyətini əks etdirən məktub göndərilmişdir.

{nl}

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, konqresmenler məktubda Azərbaycanın ABŞ-ın mühüm strateji tərəfdaşı olduğunu qeyd etmişlər. Bildirilmişdir ki, Avropa ilə Asiya arasında dinamik geosiyasi regionda yerləşən Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olan dünyəvi bir ölkədir. Min ildən artıqdır ki, burada xristian və yəhudi icmaları da yaşayır.

{nl}

Konqresmenlər xüsusi vurğulamışlar ki, Azərbaycan qlobal enerji təhlükəsizliyində aparıcı rol oynayır. Bill Klinton və Corc Buş administrasiyası tərəfindən dəstəklənən Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi Cənubi Qafqaz regionunun inkişafına təsir edən ən uğurlu layihədir və hazırda Xəzər dənizinin neft ehtiyatlarını ABŞ-a və bizim Avropadakı tərəfdaşlarımıza çatdıran əsas xəttə cevrilmişdir.

{nl}

Azərbaycanın beynəlxalq sülhyaratma əməliyyatlarında fəal iştirakına toxunan konqresmenlər bildirmişlər ki, 2001-ci il 11 sentyabr hadisələrindən dərhal sonra Azərbaycan Birləşmiş Ştatlara köməyini təklif edən ilk ölkələrdəndir. Azərbaycan Kosovo və İraq əməliyyatlarında iştirak etmiş, bu yaxınlarda isə Əfqanıstandakı hərbi kontingentini iki dəfə artırmışdır. Azərbaycan Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) təyyarələrə hava məkanı vermiş, öz hava limanlarından istifadəyə şərait yaratmışdır. Azərbaycan, həmçinin özünün ərazisindən və Xəzər donanmasından istifadəyə icazə verməklə Əfqanıstana şimal dəhlizi ilə (NDN) yardım göstərilməsində də mühüm rol oynayır. Bundan əlavə, Azərbaycan Əfqanıstan polisləri, sərhədçiləri, mina axtaranları, mülki və hərbi tibb heyəti üçün xüsusi təlimlər, vətəndaşları üçün xəstəxanalarda müalicələrini təşkil etmişdir. Azərbaycan, həmçinin Əfqanıstanı tibbi avadanlıqla təmin etmiş, bu ölkədə məktəblərin və xəstəxanaların tikintisinə yardım göstərmişdir.

{nl}

Azərbaycan ümumi məqsədlərdə özünün davamlı və səmərəli yardımı ilə Cənubi Qafqazda NATO-nun və Avropa İttifaqının etibarlı tərəfdaşıdır. Azərbaycan Xəzərin mühafizəsi və təhlükələrin birgə zərərsizləşdirilməsi proqramında iştirak edərək, ABŞ-ın kütləvi qırğın silahlarına qarşı mübarizəsində fəal tərəfdaşıdır.

{nl}

Yuxarıda deyilənlərin əksi olan, ABŞ-ın Azərbaycana birbaşa yardımını qadağan edən 1992-ci il "Azadlığa Dəstək" Aktının 907-ci bəndi iki dövlət arasında strateji tərəfdaşlığın genişləndirilməsinə cidd maneə olaraq qalır və ABŞ-ın regiondakı milli maraqlarına ziddir. Bundan başqa, 2009-cu ilin iyul ayından ABŞ-ın Bakıda səfirinin olmaması qeyri-müəyyənlik yaradır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində səlahiyyətli olan ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ vasitəçilik səylərində daha fəal olmalıdır.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında