Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsi məsələsində Venesiya Komissiyası ilə ortaq fikir mövcuddur

Azərbaycanda siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsində Venesiya Komissiyası ilə ortaq fikir mövcuddur. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çərşənbə günü Trend-ə açıqlamasında demişdir: "Siyasi partiyaların yalnız seçkidə iştirakına görə maliyyələşdirilməsi və seçkidə iştirak etdikdən sonra təmsilçiliyə görə də maliyyənin ayrılması məsələlərində ortaq fikir uyğunluğu var".
Əli Həsənovun sözlərinə görə, Venesiya Komissiyası ilə müzakirələr zamanı prinsipial məsələlərdə fikir ayrılığı olmamışdır: "Bütün prinsipial məsələlər üzrə - siyasi partiyaların yaradılması və buraxılması, siyasi partiyaların nizamnamə tələbləri və ona müvafiq partiyadaxili demokratiya, partiya rəhbərliyi və partiya üzvləri arasındakı münasibətlər, siyasi partiya olmanın meyarları və digər məsələlər ətrafında, demək olar ki, tam fikir ortaqlığı var idi.
Yeganə bir məsələ ilə bağlı üst-üstə düşməyən fikirlərimiz oldu. Bu da siyasi partiyaların xarici vətəndaşlar tərəfindən yaradılması məsələsidir. Avropa ölkələrində müəyyən partiya birlikləri var ki, ayrı-ayrı ölkələrdə və Avropa Parlamentinə seçkilərdə iştirak edirlər. Avropaya aid olan bir sıra məsələlərin ayrı-ayrı ölkələrin siyasi partiyalar haqqında qanununa şamil edilməsinin mümkünsüzlüyünü ortaya qoymuşuq".
Venesiya Komissiyası ciddi şəkildə bunun əleyhinə getməyib. Biz Azərbaycanda yalnız ölkə vətəndaşlarının partiya yaratması, siyasətlə məşğul olması və siyasi hakimiyyət uğrunda mübarizə aparmasının tərəfdarıyıq. Onlar hesab edirlər ki, qonşu ölkələrin vətəndaşları da siyasi partiya yarada, onun maliyyələşdirilməsində və hakimiyyət uğrunda mübarizədə iştirak edə bilərlər. Əlbəttə, bunlar qeyri-mümkündür".
Prezident Administrasiyasının rəsmisi qeyd etmişdir ki, qanun layihəsinin bugünlərdə Parlamentə təqdim olunacağı gözlənilir. Qanun layihəsinin müzakirəsindən və qəbulundan sonra Venesiya Komissiyası ona rəy bildirəcək.
Azərbaycan tərəfi Venesiya Komissiyası ilə yenidən hazırlanan "Siyasi partiyalar haqqında" Qanun layihəsini müzakirə etmişdir. "Siyasi partiyalar haqqında" Qanun 1992-ci ildə qəbul olunub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında