Vladimir ANDREYÇENKO: Belarus ilə Azərbaycan arasında əlaqələrin hərtərəfli inkişafı üçün geniş imkanlar vardır

Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko başda olmaqla, parlament nümayəndə heyəti noyabrın 14-də Azərbaycana səfərə gəlmişdir. 
Heydər Əliyev Beynəlxalq Aeroportunda Belarus nümayəndə heyətini Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.
V.Andreyçenko jurnalistlərə demişdir ki, Belarus ilə Azərbaycan dost və qardaş ölkələrdir. Dövlətlərimizin başçıları arasındakı dostluq münasibətləri, eləcə də onların qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar, imzalanmış çoxsaylı sənədlər əlaqələrimizin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradır. Bakıya səfərimin əsas məqsədi bu imkandan bəhrələnərək parlamentlərarası münasibətləri daha da genişləndirmək üçün məsləhətləşmələr aparmaqdır. Ümid edirəm ki, səfərim uğurlu olacaq və parlamentlərimiz arasında, eləcə də digər sahələrdə əməkdaşlığımızın inkişafına təkan verəcəkdir.
Belarus nümayəndə heyətinin Azərbaycan Respublikasının Nazirlər Kabinetində, parlamentində görüşləri nəzərdə tutulmuşdur.
Belarus parlament nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.
Səfər noyabrın 17-də başa çatacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında