Macarıstan Prezidenti Pal Şmitt Milli Məclisdə olmuşdur

Azərbaycanda rəsmi səfərdə olan Macarıstan Prezidenti Pal Şmitt noyabrın 11-də Milli Məclisdə olmuşdur. Parlamentin binası önündə ali qonağı Milli Məclisin sədri Oqtay Əsədov qarşılamışdır. 
Macarıstan Prezidenti əvvəlcə parlamentin iclas zallarına baxmış, burada deputatlar üçün yaradılmış şəraiti, tətbiq olunan müasir texnoloji sistemi yüksək qiymətləndirmişdir.
Prezident parlamentdəki Heydər Əliyev xatirə zalında da olmuşdur. Ali qonağa Azərbaycan parlamentinin formalaşmasında və xarici ölkələrin parlamentləri ilə əlaqələrin qurulmasında ulu öndərin xidmətləri, Milli Məclisin qəbul etdiyi mühüm hüquqi sənədlər barədə məlumat verilmişdir.
Macarıstan Prezidenti xatirə kitabına ürək sözlərini yazmışdır.
Sonra Macarıstan dövlətinin başçısı Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşmüşdür.
O.Əsədov ölkələrimizin mövcud münasibətlərini yüksək qiymətləndirərək demişdir ki, Azərbaycan-Macarıstan əlaqələrinin dərin kökləri vardır. Dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır. İmzalanmış dövlətlərarası və hökumətlərarası sənədlər əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradır. Sədr münasibətlərin möhkəmlənməsində parlamentlərin, qanunverici orqanlardakı dostluq qruplarının xüsusi rolundan danışmışdır.
Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən O.Əsədov demişdir ki, Ermənistan problemin həlli ilə bağlı BMT və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə məhəl qoymur. Ümidvarıq ki, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli istiqamətində dost ölkələr səylərini artıracaqlar.
Macarıstan Prezidenti Pal Şmitt Bakıya səfərindən məmnunluq ifadə edərək, Azərbaycan xalqını bir daha dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü və ötən müddətdə qazanılmış uğurlar münasibətilə təbrik etmişdir.
Prezident Pal Şmitt bildirmişdir ki, Macarıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir və gələn il ölkələrimizin diplomatik əlaqələrinin 20 ili tamam olacaqdır. Macarıstan dövlətinin başçısı münasibətlərimizin inkişafında parlamentlərin rolunu xüsusi qeyd etmiş, deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında