Azərbaycanın Baş naziri Macarıstan Prezidenti ilə görüşmüşdür Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə noyabrın 11-də ölkəmizdə rəsmi səfərdə olan Macarıstan Respublikasının Prezidenti Pal Şmitt ilə görüşmüşdür.

Macarıstan Prezidenti Azərbaycana rəsmi səfərindən məmnunluğunu ifadə etmişdir. Prezident Pal Şmitt birgə əməkdaşlığın inkişafının böyük maraq kəsb etdiyini, bunun üçün hər iki ölkənin geniş imkanlara malik olduğunu diqqətə çatdırmışdır. Ali qonaq qeyd etmişdir ki, Macarıstan Azərbaycanı özünə strateji tərəfdaş hesab edir. 
Baş nazir Artur Rasizadə söyləmişdir ki, iki ölkə arasındakı əlaqələrin, xüsusilə iqtisadi sahədə əməkdaşlığın inkişafı Prezident Pal Şmittin Azərbaycana səfərindən sonra yeni mərhələyə qədəm qoyacaqdır.
Görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında