Milli Məclisin sədri Oqtay Əsədov MDB ölkələrinin Parlamentlərarası Assambleyasının iclasında iştirak etmişdir

Sankt-Peterburqun Tavriya Sarayında MDB ölkələrinin Parlamentlərarası Assambleyasının (MDB PA) iclası olmuşdur. İclasda Milli Məclisin sədri Oqtay Əsədov başda olmaqla Azərbaycan nümayəndə heyəti iştirak etmişdir. 
Aktual parlamentlərarası qarşılıqlı fəaliyyət və Müstəqil Dövlətlər Birliyi məkanında inteqrasiya məsələlərinin müzakirə olunduğu iclasda RF Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko MDB PA Şurasının sədri seçilmişdir.
Milli Məclisin sədri O.Əsədov iclasdan əvvəl bir sıra görüşlər keçirmiş, fəal ikitərəfli və çoxtərəfli parlamentlərarası əlaqələrlə bağlı məsələləri müzakirə etmişdir. Azərbaycan parlamentinin başçısının Ukrayna Ali Radasının sədri Vladimir Litvin və digər MDB ölkələrinin parlament sədrləri ilə keçirdiyi görüşlərdə həm ikitərəfli əsasda, həm də çoxtərəfli əməkdaşlıq formatında qarşılıqlı fəaliyyətin yüksək səviyyəsi qeyd olunmuşdur. Federasiya Şurasının sədri Valentina Matviyenko və Dövlət Dumasının sədri Boris Qrızlovla bir sıra əhəmiyyətli məsələlərə dair fikir mübadiləsi aparılmışdır.

{nl}

Asya HACIZADƏ, AzərTAc-ın xüsusi müxbiri
Sankt-Peterburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında