Volfanq İŞİNGER: BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Azərbaycan kimi gənc ölkənin böyük nailiyyətidir

Noyabrın 3-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münxen Təhlükəsizlik Konfransının sədri Volfanq İşingerlə görüşmüşdür. 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə V.İşinger Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik etmiş, uğurlar arzulamışdır.
Təhlükəsizlik Konfransının sədri respublikamızın bu mötəbər quruma qeyri-daimi üzv seçilməsini Azərbaycan kimi gənc ölkənin böyük nailiyyəti olduğunu vurğulamışdır.
Azərbaycana səfərindən məmnunluq ifadə edən V.İşinger ölkəmizin BMT Təhlükəsizlik Şurasında fəaliyyətinin uğurlu olacağına əminliyini bildirmişdir.
Görüşdə Avropa İttifaqında baş verən proseslər, xüsusən də iqtisadi məsələlər barədə fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında