ATƏT-in baş katibi: "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynaya biləcəkdir"

ATƏT-in baş katibi Lamberto Zannyer "Today"s Zaman" qəzetinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin mühüm rol oynaya biləcəyini vurğulamışdır. 
Türkiyəni regionun mühüm bir oyunçusu adlandıran baş katib qeyd etmişdir ki, bu ölkənin məsələyə siyasi töhfə vermək imkanı vardır.
Qəzetdə qeyd olunmuşdur ki, keçən əsrin 90-cı illərində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, əsasən etnik ermənilərin məskunlaşdığı Dağlıq Qarabağ və onun ətrafındakı erməni əhalinin yaşamadığı yeddi rayon Ermənistan tərəfindən işğal edilmişdir.
Müsahibədə ATƏT-in Minsk qrupunun rəhbərliyi altında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair aparılan danışıqlara toxunan L.Zannyer etiraf etmişdir ki, bu prosesdə dinamika çatışmır.
Türkiyənin münaqişənin nizamlanmasında oynaya biləcəyi rola diqqət çəkən baş katib bildirmişdir ki, burada rəsmi formatın olması şərt deyil. Türkiyə Azərbaycan və Ermənistan ilə həmsərhəd olan dövlət kimi real təsir imkanlarına, eləcə də tərəflər arasında dialoqun inkişaf etdirilməsində şərait formalaşdırmaq gücünə malikdir.
ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsini həll etmək səylərinə toxunan L.Zannyer səslənən bəzi tənqidləri qəbul etmədiyini demişdir. Baş katib vurğulamışdır ki, Dağlıq Qarabağ və digər münaqişələrin həlli məsələsini digər beynəlxalq qurumlara ötürmək çağırışları münaqişələri həll etməyəcəkdir. Problem məsələnin mahiyyətindədir. Çox şey tərəflərin iradəsindən asılıdır. Biz lazımi şərait yaratmağa, vəziyyətin nəzarət altından çıxmamasına çalışırıq. Lakin təhlükəsizlik məsələlərinə gələndə vəziyyət qəlizləşir.
Sonda baş katib vurğulamışdır ki, əgər hazırkı mərhələdə münaqişəni həll etmək mümkün olmursa, görüləcək ən yaxşı iş vəziyyətin daha da gərginləşməsinin qarşısını almaqdır.

{nl}

Elgün NİFTƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Vyana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında