Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri: "Biz qarşımıza qələbə qazanmağı məqsəd qoymuşduq və yalnız qələbə üçün işləyirdik"

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyevin APA-ya müsahibəsi
- BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilər necə keçdi? Bu, Azərbaycan üçün gözlənilən qələbə idimi?
- Əgər qələbəyə inanmırsansa, seçkilərdə niyə iştirak edirsən? Təbii ki, biz qarşımıza qələbə qazanmağı məqsəd qoymuşduq və yalnız qələbə üçün işləyirdik. Mübarizə çox gərgin keçdi. İlk mərhələdə mübarizə aparan ölkələrin sayı 4 idi, sonra Ermənistan başqa şansının olmadığını görərək mövqeyindən geri çəkildi. Qalan 3 ölkə isə son dəqiqəyə qədər mübarizə apardı. Səsvermənin birinci turunda Macarıstan mübarizədən kənarlaşdı, Azərbaycan və Sloveniya üz-üzə qaldı.
- Yaxın iki il üçün Azərbaycanın planları nədən ibarətdir? Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvlüyü çərçivəsində hansı məsələləri qaldırmağı planlaşdırır?
- Bu gün BMT Təhlükəsizlik Şurasının gündəliyində olan bütün məsələlərin həllində fəal iştirak etməyi planlaşdırırıq. Bizim prioritetlərimiz Cənubi Qafqazda da sülh və sabitliyi əhatə edəcək regional məsələlər, beynəlxalq sülh və təhlükəsizlik məsələləri, dünya iqtisadiyyatı, ətraf mühitin qorunması, iqlim dəyişikliyi, gender problemləri, energetika və tranzit məsələləri olacaq. Bunlar təxmini söyləyə bildiklərimdir, daha konkret məsələlər isə yaxın vaxtlarda bəlli olacaq.
- Siz regional məsələlərə toxundunuz. Sizcə, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə necə təsir edəcək? Azərbaycan bu məsələni BMT Təhlükəsizlik Şurasının üzvlüyü çərçivəsində qaldırmağı planlaşdırırmı?
- Bu, çoxplanlı məsələdir. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü həm də ATƏT-in Minsk qrupunun həmsədrləridir. Yəni BMT Təhlükəsizlik Şurasının bu üzvləri Qarabağ münaqişəsinin nizamlanmasında iştirak edirlər. Bu məsələni qaldırıb-qaldırmayacağımız barədə suala sonra cavab verə bilərik. Bunun üçün Təhlükəsizlik Şurasının üzvləri ilə məsləhətləşmələr aparmaq, bunun üzərində işləmək lazımdır. Qəfildən bu məsələni gündəliyə çıxarmaq düzgün olmazdı.
- Bu cür məsləhətləşmələr nə vaxt keçiriləcək?
- Düşünürəm ki, biz ən yaxın vaxtlarda buna başlayacağıq. Çünki biz 1 yanvar 2012-ci ildən BMT Təhlükəsizlik Şurasının üzvü olacağıq və bu səlahiyyətlərimizin icrasına başlayacağıq.
- Dekabrda BMT sessiyası çərçivəsində Azərbaycanın işğal olunmuş əraziləri haqqında iki qətnamə layihəsinin müzakirəsi gözlənilir. Bu məsələlər dekabrda müzakirə olunacaqmı və Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü olması bu qətnamələrin qəbuluna təsir edəcəkmi?
- Bu məsələlər gündəlikdə olsa da, bu gün onları dekabrda müzakirə etmək planlarımız yoxdur. Bu planların dəyişməsi mümkündür, ancaq hazırda biz bu məsələləri dekabrda müzakirəyə çıxarmağı düşünmürük. Hazırda danışıqlar prosesində kifayət qədər həssas vəziyyət yaranıb. Ona görə də biz danışıqlar prosesinə zərbə vurmaq və ya ona müdaxilə etmək istəmirik. Gəlin bir qədər gözləyək, sonra bu məsələyə yenidən qayıdarıq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında