Elnur ASLANOV:Azərbaycanın BMT Təhlükəsizlik Şurasında təmsil olunması Dağlıq Qarabağ və digər mühüm məsələlərin qaldırılmasına imkan yaradacaqdır

Azərbaycanın BMT Təhlükəsizlik Şurasında təmsil olunması Dağlıq Qarabağ və digər mühüm məsələlərin qaldırılmasına imkan yaradacaqdır.
Bu sözləri oktyabrın 25-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov demişdir.
Şöbə müdiri vurğulamışdır ki, bu, Azərbaycanın Prezidenti İlham Əliyevin diplomatik səylərinin uğurla nəticələnməsinin bariz nümunəsidir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi rəsmi Bakının son illər ərzində regional və qlobal səviyyədə həyata keçirdiyi diplomatiyanın uğurudur.
Respublikamızın artıq bölgədə lider dövlət olduğunu qeyd edən E.Aslanov demişdir ki, Azərbaycan qlobal müstəvidə öz sözünü deyir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasında təmsil olunması ölkəmizin haqq səsinin dünya birliyinə çatdırılmasına imkan yaradacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında