Əli HƏSƏNOV: Azərbaycan özünün pozulmuş ərazi bütövlüyü məsələsini BMT-nin Təhlükəsizlik Şurasının gündəliyinə çıxarmaq imkanı qazanı

Azərbaycan Təhlükəsizlik Şurasında üzvlükdən istifadə edərək, ilk növbədə özünün pozulmuş ərazi bütövlüyü məsələsini BMT-nin Təhlükəsizlik Şurasının gündəliyinə çıxarmaq imkanı qazanıb. 
Bu fikri Azərbaycanın BMT TŞ-in qeyri-daimi üzv olmasını şərh edərkən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bəyan etmişdir.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunmasını tarixi hadisə adlandıran Ə.Həsənov bunun Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olduğunu söyləmişdir.
Bu böyük uğurun Azərbaycan üçün üstünlüklərini vurğulayan Əli Həsənov demişdir: "Azərbaycanın ərazi bütövlüyü neçə illərdir bərpa olunmur, ölkəmizdə bir milyondan artıq qaçqın və məcburi köçkün vardır. Bu insanların yurd-yuvalarına qayıda bilməməsi beynəlxalq aləmin əsas problemlərindən birinə çevrilmişdir. Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həll edilməmiş qalır. Azərbaycan iki il müddətində Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyündən istifadə edərək beynəlxalq hüququn normalarının bərpasını tələb edəcəkdir".
Şöbə müdiri bildirmişdir ki, Azərbaycan uzun illərdir dünyada ardıcıl olaraq sülh və tərəqqi siyasəti yürüdür, beynəlxalq hüququn ardıcıl təbliğatçılarından biridir və beynəlxalq hüququn bərpa olunmasını tələb edir. "Azərbaycan dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr quraraq bunu dövlətlərarası sivil münasibətlər müstəvisində daim inkişaf etdirir. Bu da Azərbaycanın nüfuzunun göstəricisi olaraq Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul edilməsinə səbəb olmuşdur", - deyə Ə.Həsənov qeyd etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında