Ermənistan silahlı qüvvələrinin qoşunları işğal olunmuş Azərbaycan torpaqlarından geri çəkilsə çox şey dəyişəcəkdir

"Hamı anlayır ki, mövcud status-kvo uzun müddət qala bilməz. Ümid edirəm ki, biz ölü nöqtədən tərpənə biləcəyik. Biz hazırda bu gün üçün ən birinci və ən önəmli məsələnin - Azərbaycan ərazisində, işğal olunmuş Dağlıq Qarabağın ətrafında Ermənistan silahlı qüvvələrinin qoşunlarının mövcudluğu faktının üzərində dayanırıq. Bu qoşunlar işğal olunmuş torpaqlardan geri çəkilsə çox şey dəyişəcəkdir". 
Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın "Komsomolskaya pravda" qəzetinə müsahibəsində demişdir.
Nazir bildirmişdir ki, silahlı münaqişənin ən mənfi tərəfi ərazilərin işğalı və etnik təmizləmə siyasətidir. Hər kəs gözəl anlayır ki, təkcə Dağlıq Qarabağ yox, onun ətrafındakı rayonlar da işğal olunmuşdur. Yeddi rayon - bu, çox ağır bir yükdür. Bu rayonlar Dağlıq Qarabağın özü də daxil olmaqla, azərbaycanlı əhalidən tam təmizlənmişdir.
Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında qarşılıqlı əlaqələrin bərpasının vacibliyini vurğulayan E.Məmmədyarov demişdir ki, insanlar Şuşadakı, Xocalıdakı, Xocavənddəki, yəni Dağlıq Qarabağ ərazisindəki evlərinə qayıtmalıdır. Biz yeni evlərin inşasına kömək etmək və bu prosesi maliyyələşdirməyə hazırıq. Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsindən əvvəl ilk növbədə orada yaşamış insanların öz yurdlarına qayıtması vacibdir.
Rusiyanın problemin həllində roluna da toxunan E.Məmmədyarov bildirmişdir ki, bu ölkə ilk gündən əvvəlcə müharibə alovunun söndürülməsi, sonra da tərəflər arasında ortaq nöqtələrin tapılması istiqamətində çalışmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında