Dmitri Medvedev: Rusiya Dağlıq Qarabağ ətrafında vəziyyətin nizama salınması üzrə danışıqlar prosesinə bundan sonra da kömək göstərəcəkdir

Rusiya Dağlıq Qarabağ ətrafında vəziyyətin nizama salınması üzrə danışıqlar prosesinə bundan sonra da kömək göstərəcəkdir.
AzərTAc Rusiyanın kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, bu barədə oktyabrın 24-də Rusiya Prezidenti Dmitri Medvedev öz erməni həmkarı Serj Sarkisyan ilə danışıqların yekunlarına dair mətbuat konfransında demişdir.
Rusiya Prezidenti S.Sarkisyanla Dağlıq Qarabağ ətrafındakı vəziyyət barədə fikir mübadiləsi apardığını qeyd edərək demişdir: "Danışıqlarımızın mühüm mövzusu Zaqafqaziyada sabitliyin möhkəmləndirilməsi olmuşdur".
Rusiya dövlətinin başçısı bildirmişdir: "Mən şəxsən əminəm ki, münaqişənin ədalətli həllinə yalnız siyasi yolla nail olmaq mümkündür". Dmitri Medvedev xatırlatmışdır ki, son illər bu istiqamətdə xeyli iş görülmüşdür.
Rusiya Prezidenti demişdir: "Rusiya Minks qrupunun (ATƏT) həmsədri kimi və Azərbaycanla Ermənistan rəhbərliklərinin birbaşa əlaqələri xətti ilə danışıqlar prosesinə bundan sonra da kömək göstərmək niyyətindədir".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında