BMT Təhlükəsizlik Şurasına seçkilərdəki səsvermənin nəticələri Azərbaycanın irəlidə olduğunu göstərir

Oktyabrın 24-də BMT-nin Nyu-York şəhərindəki baş qərargahında Baş Məclisin 66-cı sessiyası işini davam etdirmişdir. Məclis plenar iclasına BMT İqtisadi və Sosial Şurasına (ECOSOC) keçirdiyi seçkilərlə başlamışdır.
ECOSOC beynəlxalq iqtisadi və sosial məsələlərlə bağlı müzakirələr və əlaqələndirmə səyləri üzrə BMT-nin əsas qoludur. 54 üzvdən ibarət ECOSOC-a bu seçkilərdə 18 yeni üzv seçilirdi. Səsvermənin nəticələrinə görə, Azərbaycan da daxil olan Şərqi Avropa bölgəsi qurumda Belarus tərəfindən təmsil olunacaqdır. Xatırladaq ki, ölkəmiz bu Şurada Şərqi Avropa bölgəsinin təmsilçisi kimi səlahiyyətlərini 2003-2005-ci illərdə həyata keçirmişdir.
Daha sonra BMT-nin üzvü olan dövlətlər BMT Təhlükəsizlik Şurasında yeganə boş qalan qeyri-daimi üzv yerinə seçkiləri davam etdirmişdir. Xatırladaq ki, Baş Məclisin oktyabrın 21-dəki plenar iclasında keçirilən gizli səsvermədə BMT-nin üzvü olan dövlətlər Mərakeş, Pakistan, Toqo və Qvatemalanı TŞ-nin yeni qeyri-daimi üzvləri seçmişdir. Şərqi Avropa blokunun təmsilçisi isə yetərsaya nail olunmadığına görə müəyyən edilməmişdir. Azərbaycan, Sloveniya və Macarıstan Təhlükəsizlik Şurasında üzvlük müddəti başa çatan Bosniya və Herseqovinanı əvəz etmək üçün seçkiyə qatılmışdılar. Gizli səsvermənin ilk mərhələsində Macarıstan digər iki rəqibinə nisbətən az say toplayaraq mübarizədən kənar qalmışdır. Daha sonra gün ərzində səsvermə Azərbaycan ilə Sloveniyanın namizədlikləri üzərində qurulmuşdur. Keçirilən səsvermənin doqquz mərhələsi nəticəsində Azərbaycan inamla irəliləyərək lehinə olan səsləri artırmışdır.
Lakin oktyabrın 24-də Nyu-Yorkda günorta keçirilən gizli səsvermənin 10-cu mərhələsinin nəticələri əsaslı dəyişiklik gətirməmişdir. Belə ki, Azərbaycanın lehinə 110, Sloveniyanın isə lehinə 83 səs verilmişdir. Baş Məclisin sədri Nəsir Əbdüləziz Əl-Nəsir iclasın işində fasilə elan edərək, Nyu-York vaxtı ilə saat 15-də BMT-nin üzvü olan dövlətlərin nümayəndələrini səsvermənin 11-ci mərhələsinə dəvət etmişdir.
Azərbaycan nümayəndə heyəti səsvermədə ölkəmizin xarici işlər naziri Elmar Məmmədyarov, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi səfir Aqşin Mehdiyev və ABŞ-dakı səfiri Yaşar Əliyev tərəfindən təmsil edilir.

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Nyu-York


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında