Azərbaycanın uğuru Avropa Parlamentinin deputatları tərəfindən yüksək qiymətləndirilmişdir

Avropa Azərbaycan Cəmiyyəti (AAC) Avropa Parlamentində 60-dan çox yerli və xarici qonağın iştirak etdiyi tədbirə ev sahibliyi etmişdir.
AAC-dan bildirmişlər ki, cəmiyyətin təşəbbüsü ilə "20 illik müstəqillik və Azərbaycanın gələcək imkanları" adlı konfrans keçirilmişdir.
Tədbirdə AAC-in sədri Tale Heydərov, Azərbaycanın Belçikadakı səfiri Emin Eyyubov, Avropa Parlamentinin üzvləri Tunne Kelam (Estoniya), Yevgeni Kirilov (Bolqarıstan), diplomatlar və KİV təmsilçiləri iştirak etmişlər.
Səfir E.Eyyubov vurğulamışdır ki, Azərbaycan tarixi köklərə malik ölkə olsa da, gənc dövlətdir. Diplomat demişdir ki, ümumi daxili məhsulun həcminə görə respublikamız keçən 10 il ərzində dünyanın bir çox ölkələrindən irəlidə olmuşdur.
Avropa Parlamentinin Estoniyadan olan deputatı T.Kelam tarixə nəzər salaraq müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradıldığını diqqətə çatdırmışdır. Azərbaycanın inkişaf perspektivlərindən danışan deputat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə də iştirakçılara məlumat vermişdir.
Bolqarıstanlı deputat Y.Kirilov və başqaları Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının vacibliyini vurğulamışlar.
Digər çıxış edənlər də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini "soyuq müharibənin bir hissəsi" və "dərin kök salan siyasi problem" adlandırmışlar. Onlar Avropa Parlamentinin nümayəndələrini və ATƏT-in Minsk qrupunun həmsədrlərini münaqişənin həlli istiqamətində səyləri artırmağa, eləcə də Avropa İttifaqını Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunması üçün problemin həllini sürətləndirməyə çağırmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında