İndoneziya ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir

Azərbaycanda səfərdə olan İndoneziya Respublikası Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Manfud oktyabrın 21-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür. 
Ölkələrimiz arasındakı əlaqələrindən danışan Oqtay Əsədov demişdir ki, İndoneziya ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Ümumi dəyərlərimiz münasibətlərin möhkəmləndirilməsinə yaxşı imkan yaradır.
Milli Məclisin sədri siyasi, iqtisadi, eləcə də beynəlxalq qurumlardakı əməkdaşlıqdan razılıqla danışmış, İndoneziyanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə minnətdarlığını bildirmişdir.
O.Əsədov ölkələrarası münasibətlərdə parlament diplomatiyasının rolundan danışmış, qanunverici orqanlardakı dostluq qruplarının fəaliyyətini qeyd etmiş, qarşılıqlı səfərlərin sayının artırılmasının vacibliyini vurğulamışdır.
İndoneziya Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Manfud Bakıda keçirdiyi görüşlərin, aparılan müzakirələrin münasibətlərimizin möhkəmləndirilməsində faydalı olacağına ümidvar olduğunu bildirmişdir.
Söhbətdə parlament diplomatiyasının rolu, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin sayının artırılması, beynəlxalq təşkilatlarda qarşılıqlı maraq yaradan məsələlərdə eyni mövqedən çıxış etməyin vacibliyi barədə fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında