Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyası gələn il Bakı şəhərində keçiriləcəkdir

Azərbaycanda səfərdə olan Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) baş katibi, qurumun daimi komitəsinin həmsədri Çung Eui-Yong oktyabrın 18-də Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovla görüşmüşdür. 
Baş katibin Azərbaycana ilk səfərinin əlamətdar bir günə - Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə təsadüf etdiyini vurğulayan Əli Əhmədov ötən illər ərzində ölkəmizin böyük inkişaf yolu keçdiyini, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin gücləndiyini qeyd etmişdir.
Ə.Əhmədov demişdir ki, Azərbaycan müstəqillik illərində sürətlə inkişaf etmiş, iqtisadiyyatı güclənmiş, bütün sahələrdə uğurlar əldə olunmuşdur. Amma bu inkişafa mane olan problemlər də mövcuddur. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən, BMT-nin qəbul etdiyi qətnamələrə baxmayaraq, Ermənistanın təcavüzü hələ də davam etməkdədir.
YAP sədrinin müavini məmnunluqla qeyd etmişdir ki, İCAPP müvafiq qətnamələrində dünyanın inkişafına əngəllər törədən münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə əlaqədar ədalətli mövqe nümayiş etdirmişdir.
Qeyd olunmuşdur ki, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı BMT-yə müşahidəçi üzv qismində qəbul olunmaq üçün müraciət etmişdir və yaxın zamanlarda təşkilatın beynəlxalq statusunun daha da yüksələcəyi gözlənilir.
Çung Eui-Yong Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə təbriklərini çatdırmış, Azərbaycanın bir dövlət kimi beynəlxalq miqyasda böyük nüfuz sahibi olduğunu vurğulamışdır. Çung Eui-Yong Azərbaycanla Koreya Respublikası arasında əlaqələrin də inkişaf etdiyini qeyd etmişdir.
O bildirmişdir ki, YAP nüfuzlu siyasi təşkilat olaraq Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının 20 nəfərdən ibarət Daimi Komitəsinin üzvüdür. Daimi Komitə Azərbaycanın beynəlxalq aləmdəki böyük nüfuzunu, ölkədəki sürətli inkişafı və YAP-ın bu uğurlardakı rolunu yüksək qiymətləndirərək təşkilatın VII Baş Assambleyasının gələn il Bakıda keçirilməsi barədə qərar qəbul etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında