Parisdə AŞPA Monitorinq Komitəsinin yığıncağı keçirilmişdir

Mayın 19-da Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin yay sessiyası qabağı yığıncağı keçirilmişdir.
Toplantıda komitə üzvləri gündəlikdəki "Azərbaycanda demokratik təsisatların fəaliyyəti" mövzusunda ölkəmiz üzrə həmməruzəçilər Jozef Debano Qrexin (Malta) və Andres Herkelin (Estoniya) hazırladıqları məruzənin layihəsi, Avropada demokratiyanın vəziyyəti, Parlament Assambleyasının monitorinq prosedurunun təkmilləşdirilməsi, Gürcüstanla Rusiya arasında mövcud münasibətlər, Türkiyə ilə postmonitorinqin dialoqu, Albaniya, Ermənistan, Moldova Bosniya və Herseqovinanın Avropa Şurasına üzv olarkən qurum qarşısında götürdükləri öhdəliklərin yerinə yetirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.
Yığıncaqda ölkəmizi Azərbaycanın AŞPA-dakı daimi nümayəndəsinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Aydın Abbasov təmsil etmişlər.
Səməd Seyidov yığıncaq barədə bəri başdan qeyd edim ki, ölkəmizdə demokratik təsisatların fəaliyyəti ilə bağlı məruzənin müzakirəsi konstruktiv şəkildə keçmişdir. Biz çox maraqlı bir məqamın şahidi olduq. Bu ondan ibarətdir ki, monitorinq komitəsinin üzvlərinin əksəriyyəti Azərbaycanda gedən prosesləri ən yüksək səviyyədə qiymətləndirərək, bu proseslərin məruzədə daha qabarıq şəkildə əks olunmasının tərəfdarı kimi çıxış etmişlər. Komitə bu məsələni məruzədə nəzərə almaya bilməz.
Başqa illərlə müqayisədə Azərbaycanla bağlı bu məruzə özlüyündə daha obyektivdir. Əlbəttə, məruzədə bəzi tənqidi məqamlar da öz əksini tapmışdır. Tənqidi qeydlərlə bağlı mən və nümayəndə heyətimizin üzvü Aydın Abbasov Azərbaycanda gedən proseslərlə bağlı ətraflı məlumat vermiş, qaldırılmış məsələlərə xüsusi münasibət bildirmişik.
Məruzə ilə bağlı bizim hazırladığımız əlavələrin əksəriyyəti qəbul olunmuşdur. Komitə üzvləri tərəfindən hərtərəfli müzakirə olunmuş məruzə demək olar ki, Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında müzakirə olunmaq üçün tam hazırdır.
Əminəm ki, yay sessiyasında komitə tərəfindən hazırlanmış məruzə müzakirələr zamanı Azərbaycan tərəfindən lazım olan əlavələrlə müşayiət olunacaq və bununla da Avropa Şurası ilə Azərbaycan arasında münasibətlər yeni bir mərhələyə qaldırılacaqdır. Obyektiv məqamlarla bağlı biz öz münasibətimizi bildirmişik. Reallığı düzgün əks etdirməyən məsələlərə gəldikdə, biz öz mövqeyimizi ortaya qoyaraq fikrimizdə israrlı olacaq və bu istiqamətdə səylərimizi davam etdirəcəyik.{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında