Elnur ASLANOV: "Rusiya, Fransa, ABŞ və ümumiyyətlə dünya birliyi Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə etinasız yanaşmamalıdır"

Minsk qrupunun həmsədrləri kimi həm Rusiya, həm Fransa və ABŞ, ümumiyyətlə dünya birliyi Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə etinasız yanaşmamalıdır. BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi bu günədək yerinə yetirilmir. Bu nüfuzlu təşkilatın qərarlarının yerinə yetirilməməsi, bir tərəfdən, bir çox suallar meydana çıxarır, digər tərəfdən, dünyanın ikili standartlarla idarə olunmasını göstərir. 
Bu fikirləri oktyabrın 14-də "Azərbaycanın postkonflikt ərazilərinin bəpası: konseptual əsaslar" kitabının təqdimatında Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bəyan etmişdir.
Kitabla bağlı fikirlərini bölüşən şöbə müdiri qeyd etmişdir ki, münaqişələrin həlli məsələnin bir tərəfidirsə, ərazilərin bərpası, postkonflikt inkişafı məsələnin digər tərəfidir. "Bu kitab münaqişənin həllindən sonra meydana çıxan problemləri önə çəkərək, onların həlli yollarını təklif edir. Azərbaycan danışıqlar prosesinə ümidlə yanaşır, eyni zamanda, bu prosesin müəyyən limitinin olmasını da nəzərə alır", - deyə E.Aslanov vurğulamışdır.
"Azərbaycanın postkonflikt ərazilərinin bərpası: konseptual əsaslar" kitabında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra azad olunacaq Azərbaycan ərazilərində infrastrukturun bərpası, əhalinin köçürülməsi, normal yaşayışın təmin edilməsi və iş yerlərinin yaradılması ilə bağlı konseptual məsələlər öz əksini tapmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında