"Siyasi partiyalar haqqında" qanun layihəsi ilə bağlı Avropa Şurasının Venesiya Komissiyasında müzakirələr aparılacaqdır

Siyasi partiyaları xarici və daxili asılılıqdan xilas etməyin vaxtı çatmışdır. Dövlət öz imkanlarından istifadə edərək partiyaların maliyyələşməsini üzərinə götürə bilər. 
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.
Ə.Həsənov "Siyasi partiyalar haqqında" qanun layihəsi ilə bağlı Avropa Şurasının Venesiya Komissiyasında Azərbaycan rəsmilərinin iştirakı ilə müzakirələr aparılacağını bildirmişdir. Vurğulamışdır ki, Venesiya Komissiyasında qanun layihəsi ilə bağlı müzakirələr aparılacaqdır. Layihə Prezident Administrasiyasında hazırlanmış, rəy verilməsi üçün Venesiya Komissiyasına göndərilmişdir. Avropa Şurasının rəyi də nəzərə alınmaqla, 3-4 gün ərzində layihənin müzakirəsi yekunlaşmalı və sənəd parlamentə göndərilməlidir. Bu qanunun qəbul olunması zəruridir. Azərbaycan dövləti artıq inkişafının elə bir mərhələsinə gəlib çatmışdır ki, siyasi partiyaları maliyyələşdirmək gücünə malikdir.
Dünya ölkələrində siyasi partiyaların maliyyələşməsi ilə bağlı müxtəlif təcrübələrin olduğunu deyən Ə.Həsənov qeyd etmişdir ki, həmin ölkələrin daha çox istifadə etdikləri əsas model siyasi partiyaların seçkilərdə iştirakı, qazandıqları səslərin sayıdır. Bəzi ölkələrdə isə bunu parlamentdəki təmsilçiliklə müəyyən edirlər. Ölkələrin 90-95 faizində partiyaların fəaliyyəti seçki ilə əlaqələndirilir. Seçkidə iştirak etməyən partiyalar maliyyələşdirilmədən kənarlaşdırılır. Bizim Venesiya Komissiyasına təqdim etdiyimiz modeldə partiyaların seçkilərdə iştirakı əsas prinsiplərdən biri kimi nəzərə alınmışdır. Lakin ayrılan vəsaitin partiyalar arasında bölünməsi metodikası ilə bağlı bir neçə mülahizələr vardır. Venesiya Komissiyasında aparılan müzakirələrdən sonra bu məqamlar açıqlanacaqdır. Ümumiyyətlə, müzakirələr zamanı başqa variantlar da üzə çıxa bilər. Azərbaycan cəmiyyətinin formalaşmasında rolu olan, dövlətçiliyə xidmət edən, milli-mənəvi dəyərləri özündə əks etdirən partiyalar bu maliyyələşmədən kənarda qalmayacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında