İsveç parlamentində Dağlıq Qarabağa dair qətnamənin qəbul edilməsi üzrə təklif qeydiyyatdan keçirilmişdir

İsveç-Azərbaycan Akademik Cəmiyyətindən (SAAS) AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməsi və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmaq haqqının təsbit olunmasına dair qətnamənin İsveç parlamentində qəbul edilməsi üzrə təklif qeydiyyatdan keçirilmişdir.
Qətnamə təşəbbüsü hazırda Yaşıllar Partiyasının parlamentdəki fraksiyasının rəhbəri, millət vəkili Mehmet Kaplan tərəfindən qeydiyyatdan keçirilmişdir.
Qətnamə layihəsində münaqişənin tarixçəsi təsvir edilmiş, müharibənin Ermənistan və Dağlıq Qarabağdakı erməni separatçı qüvvələrinin təhriki ilə baş verdiyi, nəticədə 1 milyon azərbaycanlı məcburi köçkünün doğma ev-eşiyindən didərgin düşməsi bildirilmişdir. Sənəddə Ermənistan və qondarma "Dağlıq Qarabağ respublikası"nın beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaları barədə də bir sıra məlumatlar öz əksini tapmışdır. Belə cinayətlər sırasına zor gücünə insanların qovulması, evlərin qarət edilməsi və yandırılması, insanların oğurlanması və girov saxlanması, hərbi əsirlərin işgəncələrə məruz qalması və edam olunması, hərbi hava qüvvələrindən dinc əhaliyə qarşı istifadə edilməsi daxildir. Sənəddə Xocalı qırğını dəqiqliklə sənədləşdirilərək nümunə kimi təqdim edilmişdir.
Bundan başqa, sənəddə BMT, İƏT və AŞPA qətnamələrində beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü təsdiq etməsi, bütün erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çəkilməsini və bütün məcburi köçkünlərin doğma yurd-yuvalarına dönməsi üçün imkan yaradılması tələbi qeyd edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında